08 Dekabr 2023 11:26
1778
MARAQLI

Yer kürəsini kabellə sarımışıq

Sualtı kommunikasiya kabelləri 1850-ci ildən çəkilməyə başlayıb. 

1980-ci illərdə inkişaf elətdirilən müasir fiberoptik kabellər isə 1988-ci ildən okeanların altı ilə çəkilməyə başlanılıb. Hazırda bütün dünyanı dolaşan bu kabellərin uzunluğu minlərlə km-dir. 

Bəzən bu kabellər 6000 metr dərinlikdən keçir. Nə qədər çox qatdan ibarət olsa da, yenə də bəzən köpək balıqları bu kabelləri dişləyib zədələyirlər. Bəzən isə balıqçı torları, zəlzələlər və gəmi lövbərləri kabellərin qırılmasına səbəb olur. 

Yeni bir araşdırma göstərir ki, dəniz canlıları sualtı kabellərin elektromaqnit sahəsinə məruz qalırlar və üzə bilmirlər. 

Yer kürəsini kabellə sarımışıq. Yerin altını da, üstünü də şüayla doldurmuşuq. Axırda elektrik vurub öldürəcək bu dünyanı. 

Emin