"Yenidən hücum edərsə, Ukrayna avtomatik NATO-ya qəbul olunacaq" - Finlandiyadan xəbərdarlıq
Finlandiya prezidenti Aleksandr Stubb Ukraynanı yenidən silahlandırmaq və Rusiyaya təzyiq göstərmək üçün ilkin danışıqlara ehtiyac olduğunu bəyan edib.
Adalet.az xəbər verir ki, o, bunu Münhen Təhlükəsizlik Konfransında deyib.
Stubb Ukraynada sülhün əldə edilməsi prosesinin necə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb: “Birinci mərhələ ilkin danışıqlardır.Bu, Ukraynanı yenidən silahlandırmalı və Rusiyaya maksimum təzyiq göstərməli olduğumuz məqamdır.
Bu, sanksiyalar və dondurulmuş aktivlər deməkdir ki, Ukraynadanışıqlara güclü mövqedən başlasın. Nə qədər vaxt aparacağını bilmirik, amma bir az vaxt alacaq. İkinci mərhələ və biz hələ ona çatmamışıq, atəşkəsdir. Atəşkəs çox vaxt sülh prosesi ilə qarışdırılır”, - deyə Stubb bildirib.
Onun sözlərinə görə, atəşkəs sərhədlərin demarkasiyası və beynəlxalq monitorinqi əhatə etməlidir: “Bu müddət ərzində əsirlərin mübadiləsi, oğurlanmış uşaqların geri qaytarılması və mümkün sanksiyalar kimi digər tədbirlər də müzakirə olunur”.
Finlandiya dövlət başçısı həmçinin bəyan edib ki, Rusiya yenidən Ukraynaya hücum edərsə, rəsmi Kiyev avtomatik olaraq NATO-ya qəbul olunacaq.
“İkinci Dünya Müharibəsində Finlandiya suverenliyini saxladı, lakin bizim qoşula biləcəyimiz xarici siyasət ittifaqlarının seçimi ilə bağlı suverenliyini (müəyyən müddətə) və ərazisinin 10%-ni itirdi. İki qırmızı xətt var ki, onların üzərində heç bir müzakirə aparıla bilməz - Ukraynanın Aİ və NATO-ya üzvlüyü. Ukraynalılar artıq danışıqlar aparır və onlar rus yox, avropalı olacaqlar və nə vaxtsa Ukrayna NATO-da olacaq”, - deyə Stubb bildirib.
Digər Xəbərlər
01 Yanvar 2026 19:00
Hakan Fidan Rüstəm Umеrovla görüşüb
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11
Amsterdamda Yeni il gecəsi 150 illik kilsə binası yanaraq məhv oldu
01 Yanvar 2026 08:35
Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir
31 Dekabr 2025 16:11
Gürcüstanda 50 milyonluq heroin müsadirə edildi
31 Dekabr 2025 16:00
"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts
31 Dekabr 2025 15:41
Türkiyədə 3 çoban qar uçqununa düşdü - Axtarış aparılır
31 Dekabr 2025 15:16


Bakı -°C

