adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Iyul 2020 16:18
12283
DÜNYA

Yeni peyvənddən insanlar üzərində sınaqdan keçirilməyə başlandı

Hindistanda yeni tip koronavirus peyvəndinin kliniki sınaqlarına başlanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Clinicaltrialsarena.com" məlumat yayıb.

Xəbərə görə, "Zydus Cadila" dərman şirkətinin hazırladığı "ZyCoV-D" adlı peyvəndin ilk nümunələri könüllülərə tətbiq edilib. Birdən çox mərkəzdə aparılan sınağa mindən çox könüllü qatılıb.

Şirkətin Əhmədabad şəhərindəki peyvənd texnologiyası mərkəzində hazırlanan potensial COVID-19 peyvəndi heyvanlar üzərində aparılan sınaqlarda güclü immun sistemi reaksiyası oyandırmağı bacarır.

Qeyd edək ki, Hindistan Ümumi Əczaçılıq Müayinəsi 3 iyulda insanlar üzərində test keçirilməsinə icazə vermişdi.