adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Dekabr 2016 12:55
25488
ƏDƏBİYYAT

“Yeni ili harada qarşılayacaqsınız?” - SORĞU

Yeni il Bayramıdünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycandada insanların məişətinə daxil olan bayramlardan biridir.

Yeni ilin gəlişinə sayılı günlər qalır. Bu bayramı hərkəs özünəməxsus tərzdə qarşılayır. Kimisi evində ailəsi ilə birgə, kimisixarici ölkələrdə, kimisi isə restoranlarda qeyd edir.

Adalet.az bununla bağlı redaktorlarla, yazarlarla sorğu keçirdib  - "Yeni ili harada qarşılayacaqsınız?”

Cavabları təqdim edirik:


Yazıçı Nəriman Əbdülrəhmanlı yeni ili yazı masasındaqarşılayacağını qeyd etdi:"Yeni ili evimdə, ailəmdə, yazımasamın arxasında keçirəcəyəm. Harasa getmək planım yoxdu. Tətil günlərindənistifadə eləyib yazı-pozumla məşğul olmaqniyyətindəyəm.”








Kulis.az-ın baş redaktoruQan Turalı: "Vallah bilmirəm.”













Azərbaycan YaradıcılıqFondunun mətbuat xidmətinin rəhbəriAğa Cəfərli yeni ili evdə keçirəcəyinidedi: "Ümumiyyətlə biz yeni ili həmişə evdə keçiririk.”









Yazıçı Şərif Ağayar: "Evimdə.”











Şair Cəlil Cavanşiryeni ili xüsusi olaraq qeyd etmədiyini qeyd etdi: "Yeni ili böyükehtimalla Bakıda olacam. Amma xüsusi olaraq bayram qeyd etmirəm. Ona görə dəciddi plan qurmamışam.”











Manera.az portalınınbaş redaktoru Şəhla Aslan yeni ili əyləncə mərkəzində keçirəcəkələrini vurğuladı: "Bu yeni ildəvalideynlərimiz Bakıda olmayacaqları üçün, biz də qərar vermişik qardaşımlabayramı evdə deyil, əyləncə mərkəzlərindən birində qeyd edək. 2017-ci ildənmüsbət gözləntilərimiz çoxdu, ümid edirik millətimiz üçün uğurlu il olacaq.”









Yazar MirmehdiAğaoğlu: "Evdə.”














Yazıçı Kənan Hacı dayeni ili evində qarşılayacağını bildirdi: "Yeni ili böyük əksəriyyətkimi evdə keçirəcəyəm. Hər ilin sonunda fikirləşirəm ki, gələn il yaxşı olacaq.Özümüz özümüzə təsəlli veririk. Yeni il mənim üçün çox kədərli ovqatda keçir.Ona görə sevmirəm bu şənliyi-filanı.”










Şairə RəbiqəNazimqızı isə qərarsız qaldığını dedi: "Hələ qərar verməmişəm,maddi məsələlərə bağlıdır, amma ya Azərbaycan kəndlərindən birində, ya daTiflisdə keçirmək istərdim.”













Yazar Günel Natiq isəyeni ili xəyallarının şəhəri Parisdə keçirmək istədiyini qeyd etdi: "Bayram möcüzəsinəinanmaq üçün isə münasib mühit olmalıdır. Amma bu arzum hələ ki, uzaq görünür. Odurki, bayramı doğma ocağın başında, sevdiklərimlə qeyd etməkdən də məmnunluqduyaram. Əsas odur, pozitivə köklənək və hər şeyin yaxşı olacağına inanaq.”