"Yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq" - Şahmar Mövsümov
Aqrar sahədə yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq. Məhsuldarlığın artırılması, yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, emal müəssisələrinin yaradılması, saxlama və logistika imkanlarının genişləndirilməsi kimi hədəflər yalnız dövlət qurumlarının deyil, fermerlərin, sahibkarların və investorların birgə səyləri nəticəsində reallaşa bilər.
Adalet.az xəbər verir ki, bu fikirləri Aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Göygöldə keçirilən regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O deyib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.
Digər Xəbərlər
18 Iyul 2026 09:02
Neftimiz bahalaşdı
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
15 Iyul 2026 12:43
"Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır"
15 Iyul 2026 10:41
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
15 Iyul 2026 10:26


Bakı -°C

