Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı
“Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub”.
Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib və bu, 22 faiz səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz-bəndi azdır. S.Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb.
Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olduğunu bildirib: “Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 faiz azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir”.
Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb.
Digər Xəbərlər
18 Iyul 2026 09:02
Neftimiz bahalaşdı
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
15 Iyul 2026 12:43
"Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır"
15 Iyul 2026 10:41
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
15 Iyul 2026 10:26


Bakı -°C

