adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 09:59
69
İQTİSADİYYAT
A- A+

Neftimiz bu gün də bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Adalet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,51% bahalaşaraq 96,85 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 96,36 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.