adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyun 2020 10:57
37707
ŞOU-BİZNES

Yeni bir qalmaqalın addım səsləri - Şəbnəm Damladan danışdı

Tanınmış müğənni ŞəbnəmTovuzlunu həmkarı müğənni Damla bərk əsəbləşdirib.Beləki. Damla verilişlərin birində sənət yoldaşları ilə efirlərə birgəqatılmayacağını bildirib. Onun isə bu iddiası bir çox həmkarlarının,eləcə də Şəbnəm Tovuzlunun boğazından keçməyib. Olaydan sonra bir-birinə "can deyib, can eşidən” ikiliarasında qalmaqal yaşanıb.

Adalet.az xəbər verir ki, Şəbnəm Tovuzlu ATVkanalında yayımlanan "Ənyaxşısı” axşam şousunda qonaq olarkən Damlaya etirazını bildirib:"On ildir ki, oxuyuram. Beş ildir ki, səhnədəyəm, sima olaraq tanınıram. Gündəmdəyəm, mahnılarım"trend”dədir, hara gedirəmsə, yaxşı qarşılanıram, anşlaqla keçən konsertlərimolur. Efirlərin birində həmkarım Damlaya aparıcı söylədi ki, verilişə səninləbirgə Şəbnəmi də çağırmaq istəyirəm. O isə cavab olaraq "hə” deyib. Mən də "hə”demişəm. Burada nə var ki?Biz sənət yoldaşıyıq.

Xalq artisti Gülyanaq Məmmədova ilə eyni səhnəni bölüşən ifaçıyam.Gülyanağın teli qədər Damla və mən nəyisə bacarırıqmı? Gülyanağın teli bilənibiz bilmirik. Gülyanaqla yan-yana durub, "Şahnaz” təsnifini duet şəklində ifaetmişik. Hara qədər desə, onun göstərişi ilə oxuya bilirəm. Buna mənim yetərincəbacarığım və qabiliyyətim var. Bunu nəinki Gülyanaq, Təyyar Bayramov və QəzənfərAbdullayev də bilir”.


Sənətçi "Damlanın sənətdə özünəməxsus səs tərzi və yolu var” sözlərinə etirazedib:

"Damla, XumarQədimova, Könül Kərimova eləcə də mən eyni janrda ifaedirik. Eyni yolumuz var. Amma Aygün Kazımova və Röya Ayxanın öz janrları var.Onlarla bizi müqayisə etmək doğru olmaz.

Nə Damla, nə də ki mən və ya sadaladığım digər eyni janrda ifa edən sənətçilərartıq deyillər. Hamımız eyni səviyyədəyik. Klipə xərclənən məbləğ belə eynidir.Onlar da çəkdikləri kliplərin rənglənməsini Türkiyəyə göndərirlər, mən də.Aranjemana 3000 manat sən də verirsən, mən də. Hətta artıq vermişəm, əskik verməmişəm.Eyni butiklərdən geyimlərimizi alırıq, eyni makiyaj ustaları bizi vizaj edir.Burada ayrı nə var ki!?”

Damlanın Şəbnəmin etirazına nə cavab verəcəyiniisə yaxın zamanda birlikdə şahid olacağıq.

Əntiqə rəşid