Yeni "Ailə Konsepsiyası" hazırlanır
Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda "Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət" mövzusunda panel müzakirə keçirilib.
Adalet.az-ın məlumatına görə, paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hər insanın dəyərləri ailədə formalaşır.
Onun sözlərinə görə, daha sonra məktəb mərhələsi başlayır: "Biz bu gün ailə siyasətindən danışanda yeni model ortaya qoymalıyıq. Ailə strategiyası olan, potensialını ortaya qoyan, cəmiyyətə töhfə verən institut olmalıdır. Dəyərlərin sağlam tutulması üçün davamlı iş görülməlidir. Biz indiyə qədər dəyərlərimizlə bağlı 28 təhlil keçirmişik. Həmçinin yekunda "Təhlillərin təhlili" adlı sənəd hazırladıq və Nazirlər Kabinetinə təqdim etdik. Həmçinin "Ailə Konsepsiyası" adlı sənədi hazırlayıb, yekunlaşdırmaq üzrəyik".
İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə vurğulayıb ki, ailə cəmiyyətin təməlidir:
"Bizim əxlaqi dəyərlərlə bağlı ilk məlumat mənbəmiz ailədir. Uşaq dəyərləri canlı davranış modellərindən öyrənir. Klassik ailə ilə müasir ailəni müqayisə etdikdə fərq ortaya çıxır. Birincidə nənə, baba, və s. şəxslər olur. İndi isə nüvə ailə modeli var - ata, ana, uşaq. Demək ki, uşağın tərbiyəsində daha az adam iştirak edir. Həmçinin araşdırmalarımız var ki, çox mühafizəkar ailələrdən olduqca müasir uşaqlar çıxır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib ki, rəqəmsal platformaların həm müsbət, həm də mənfi tərəfləri var:
"Rəqəmsal platformalar daha əlçatandır. İnsanların məlumat əldə etməsini asanlaşdırır. Amma həm də zərərli meyillərin yayılmasına da kömək edir".
O bildirib ki, gənc ailələr işlərini asanlaşdırmaq üçün uşaqlara telefon verirlər: "Amma bu belə olmalı deyil. Uşaqlarla ünsiyyət lazımdır".
Daha sonra panel müzakirə gənclər və idman nazirinin müavin İndira Hacıyevanın moderatorluğu ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
09 Oktyabr 2026 12:05
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
09 Oktyabr 2026 10:58
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
09 Oktyabr 2026 00:01
Hadrutun işğaldan azad olunmasından 6 İL ÖTÜR
08 Oktyabr 2026 18:17
Sabah leysan yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ
08 Oktyabr 2026 17:16
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur
08 Oktyabr 2026 16:50
Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı
08 Oktyabr 2026 15:19
"Atəş açmasaydı, onu həmin gün Azərbaycana qaytarardıq" - Paşinyan
08 Oktyabr 2026 13:46


Bakı -°C

