adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 May 2014 16:27
47739
GÜNDƏM

Yeganə hədəf: Asılı olmayan Azərbaycan

Qarabağ probleminin həllinə nailolmaq üçün bəlkə də heç vaxt bu qədər münbit şərait yaranmayıb. Əslində uzunillərdir hərb və sülh arasında gedən proses dünyanın yenidən bölüşdürülməsimərhələsində qəfldən dayandı.

Ortaya yeni variant çıxıb. Bunun adınə sülhdü, nə müharibə. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət, yənidaxildə iqtisadiyyatı gücləndirmək, regionda varlı, başqalarına əl tutacaqsəviyyədə varlı dövlətə çevrilmək, xaricdə isə bütün dövlətlərlə eyni məsafəsaxlayıb Azərbaycanın müstəqil maraqlarından çıxış etmək öz bəhrəsini verdi.

Təbii ki, ağalıq siyasətinə öyrəşənbəzi dövlətlər Azərbaycanın bu mövqeyindən çaşqınlıq keçirməyə bilməzdi.Onların hesablamalarına görə, Azərbaycan yaxın zaman çərçivəsində bunca sözsahibinə çevrilməli deyildi. Necə ola bilir, ABŞ-ın 250 ilə keçdiyi yoluAzərbaycan 20 ilə başa vurur? Həm də xarici təzyiqlərin fonunda.

Xarici təzyiqlər Azərbaycanınqarşısına itələnən daşlardı. Hər addımda ayağa ilişir, ancaq ki, əllər onlarıyerdən götürüb kənara tullayırlar. Yolun belə sürətlə təmizlənməsi adlarınınqarşısında "nəhəng” sözü yazılan dövlətləri qıcıqlandırmaya bilməzdi. ABŞ-ınölkəmizdəki səfiri Riçard Morninqstarın son müsahibəsində səsləndirdiyifikirlər məhz qıcıqlanmanın təzahürüdü.

Azərbaycan hədəfinə çatıb. Heç kimdənasılı olmayan dövlətlə diqtə dilində danışa bilməyəcəklərinin həyacanı bəzidövlətləri tələsik addımlar atmağa vadar edir. Vəziyyət o həddə çatıb ki,dünənə qədər 7 rayonun qaytarılmasını müzakirəyə çıxarmayan Minsk qrupununhəmsədrləri bəyan edirlər ki, həmin ərazilər qeyd-şərtsiz qaytarılmalıdı.

Qələbəmizdi. Azərbaycan prezidentiİlham Əliyevin müxtəlif ölkələrə etdiyi səfərlərdə ölkəsinin müstəqilliyiniqabartması regionda hamıyla eyni məsafədə durmaq bacarığını nümayiş etdirməsi,yalnız Türkiyəni bu sırada istisna ölkə kimi dəyərləndirməsi, yəniqardaşlığmızı vurğulaması rəsmi Bakını təhdid altında saxlamağa cəhd göstərənölkələrinin beyin tərpənişinə səbəb olub.

İndiki halda cəbhədə lokaləməliyyatlara start vermək lap yerinə düşər. Gücün təcrübədə sübutunu göstərmişolarıq. Əlbəttə, bu istək vətəndaşlıq mövqeyindən doğur. Dövlətin siyasətindəbaşqa planlar olmamış deyil. Sadəcə kənar müdaxilələri heçə endirmək əsas amilolmalıdı. Kənar süni müdaxilələrə isə cəmiyyət adekvat reaksiya göstərməyibacarmalıdı. "İnsan haqları” çərçivəsində edilən hücumların qarşısına çıxmaqtəkcə hakimiyyətin işi deyil, vətəndaş cəmiyyəti də fəallığını əsirgəməməlidi.

Tutulanlar var. Gənclərin həbsi heçdə xoş deyil. Ancaq onları hədəf götürüb üstümüzə yeriyənlərin məqsədlərinianındaca anlamağa borcluyuq. Liviyada müharibə yaradıb minlərlə uşaqların,qocaların, ümumiyyətlə insanların qırılmasına rəvac verən ABŞ və Avropadiğrudanmı həbsdəki gənclərin taleyinə acıyır? Buna inanmaq sadəlöhvlükdən də oyanadı.

Azərbaycan güclənir. Ermənistanıbölgəsi kimi idarə edə biləcək səviyyəyə qalxıb, bu isə regiona nəzarət etməkistəyənləri qorxudur. Neyləyək, daha irəli getməyək? Yaxın günlərdə Qarabağınazadlığı üçün tamam fərlqi situasiya meydana çıxacaq. Artıq zaman da, məkan dabiz tərəfdədi. İndiki halda Ermənistan cəmiyyəti ilə işləmək lap yerinə düşər.Onlara bizimlə birgə yaşayacaqları təqdirdə xoş gün görəcəklərini inandırmaqvacibdi. Qoy bilsinlər ki, AzərbaycanErmənistanla müqayisə olunmaz səviyyədə müstəqildi.

Ceyhun