adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2014 14:18
13134
ƏDƏBİYYAT

Yazıçılar Birliyinin poliklinikası nə durumdadır?

"Yazıçılar Birliyinin polikilinikası fəaliyyətdədir, təkcə AYB əməkdaşları, yəni işçilər deyil, eyni zamanda AYB üzvləri də poliklinikanın imkanlarından mütəmadi olaraq istifadə edirlər”. Bunu Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. O diqqətə çatdırıb ki, xəstəxana gündəlik fəaliyyət göstərir.  

Qeyd edək ki, AYB-nin tərkibinə regionlardakı filiallardan başqa, Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi ilə yanaşı, Şüvəlandakı Yaradıcılıq evi və yazıçılar üçün nəzərdə tutulan poliklinika da daxildir. Şüvəlandakı Yaradıcılıq evi sovet vaxtında yaradıcı insanların istirahəti üçün əlverişli rol oynasa da, sonradan müəyyən səbəblərdən bu funksiyanı sonadək daşıya bilmədi. Bina hazırda o qədər də yararlı vəziyyətdə deyil.