adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2016 13:01
8329
ƏDƏBİYYAT

Yazıçıdan gənclərə 10 nəsihət

Ünlüfantast Rey Bredberi 2001-ci ildə Amerikanın universitetlərinin birində gəncyazarlara, yazmağa yeni başlayanlara bəzi ustad tövsiyələri etmişdi.

 

Adalet.az onları sizə təqdimedir:

 

İşə roman yazaraqbaşlamayın: roman yazmaq uzun zaman alır. Yazmağa həftədə bir dənəsinitamamlayacağın şəkildə nizamlaya biləcəyin çox qısa bir hekayə yazaraqbaşlayın. Bu işi bir il davam etdirin; arxa arxaya 52 dənə pis hekayə yazmanızmümkün olmadığına görə müvəffəqiyyətə çatacaqsınız (Ray Bradbery ilk romanı"Farengeyt 451”i otuz yaşında yazmağa başlayıb).

 

Onları sevəbilərsiniz, amma onlar kimi ola bilməzsiz: qaçılmaz bir şəkildə şüurlu ya daşüursuz olaraq favorit yazarlarınızı təqlid etməyə başlayacaqsız (Eynilə ReyBredberinin yazdıqlarının H. Uells, Jül Vern, Artur Konan Doyl və L. FrankBaumun yazdıqlarına bənzəməsi kimi).

 

Qısa hekayələrinxüsusiyyətlərini araşdırın.

 

Beyninizi doldurun(Bredberi gənc yazıçılardan yatmadan əvvəl bir hekayə, bir şeir – lakin müasirxırda yazarlardan deyil, klassiklərdən – və bir məqalə oxumalarını istəyir.Oxunacaq məqalələrin arxeologiya, biologiya, zoologiya, fəlsəfə, siyasət vəədəbiyyat kimi bir çox sahədən olmasını lazım olduğunu söyləyir).

 

Sizə inanmayaninsanlarla yoldaşlığınızı bitirin: yazma arzunuza dırnaqarası baxırlar? Əgərelə isə onlarla yoldaşlığınızı vaxt itirmədən bitirin.

 

Kitabxanaya gedin:lənətə gəlmiş texnologiyadan bir anlıq ayrılın!

 

Filmlərə aşiqolun: xüsusilə köhnə olanlara.

 

Maraqla yazın.

 

Pul qazanmaqplanları haqda düşünməyin.

 

Sevdiyiniz vənifrət etdiyiniz 10 şeyin siyahısı: sevdiklərinizi yazın, nifrət etdiyinizi yoxedin!