adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2019 17:32
17911
ƏDƏBİYYAT

Yazıçı taleyinə qəriblik yazılmış QƏRİB MEHDİYƏ açıq məktub

Hörmətli Ustad! Deyilənə görə insan anadandoğulunda ona verilən adla gələcək taleyində bir oxşarlıq olur. Bəlkə, bu dailahi bir sirdi. Bu sirrin çözümündə bir şoxları kimi məndə çətinlik şəkirəm.Onu deyim ki, insana verilən adın adamın gələcək taleyində özünü doğrultduğunugörəndə həmin sirrə inanmaya bilmirsən. Sizin adınızın yazıçı taleyinizdə özünügöstərdiyi kimi.

Gənclik illərində Sizin "Rast”povestinizlə olan ilk tanışlığım məndə Sizin qələminizə qarşı oyatdığı hörmət vəməhəbbətin nəticəsidir ki, şəkinmədən deyə bilərəm ki, yaradıcılığınız iləyaxından tanışam.

Bu gün Siz ədəbi aləmdə öz yeri, üslubuvə minlərlə oxucusu olan bir yazıçısınız. Ömrünüzün qürub çağında olan ədəbi məhsuldarlığınızqəribsevərləri sevindirməklə bərabər, bəzilərində qibtə, digərlərində isəpaxıllıq hissini gücləndirir.

Hörmətli Ustad! Nə mənim Sizi tərifləməyə,nə də Sizin mənim tərifimə ehtiyacınız var. Sizin yaradıcılığınızla bağlıyazılmış yazlərlə məqalələr, müxtəlif xarici dillərə tərcümə olunmağınız yazıçıkimi halal tərifiniz və qiymətinizdir.

Dünyaya gələndə Sizə Qərib adını kim hansıməqsədlə veribsə, onu deyə bilmərəm. Tanışlığımızdan sonra adınızın yazıçıtaleyinizdə zəhmətiniz müqabilində qiymətləndilməməyinizdə özünü göstərdiyinimüşahidə etmişəm. Görünür buda Sizin taleyin doğduğu qismət payınızdı. Demək, QəribMehdinin yazıçı taleyindəki qəribçilik həmişə onu izləyir.

Əziz Ustad! "Yubileynamə”ni diqqətləoxudum və sonra təkrar-təkrar vərəqləyərək yenidən nəzərdən keçirdim. FikrimcəSizin ən gözəl, yadda qalan əsərləriniz (ifadəmə görə inciməyin) "Rast” və

"Yubileynamə”di."Rast” gənclik, "Yubileynamə” isə müdriklik dövrünün ağrılarından ərsəyə gəlibdi.

Düzdü, bütün yazılarınız narhatçılıqyaradan ağrılardan doğulubdu. Etiraf edək ki, "Rast” və "Yubileynamə”də ki,ağrılar tamamilə bambaşqadır. Xüsusən, "Yubileynamə”dəki ağrılar-zəhmətə qiymətverilməməsi Sizin kimi bir çoxlarına, o cümlədən mənim özümə də yaxşı tanışdı.Çəkilən zəhmət layiqincə qiymətləndirilməyəndə insanın daxilində ağrıyaçevrilir. Adətən, təmiz, vicdanlı işçinin "acı dili” və rüşvət verməyən əli olur. Belə işçiləri isə məmurlarheç vaxt sevmirlər. Zəhmət layiqincə dəyərləndirilməyəndə adam istər-istəməzvicdanla işlədiyi üçün təəssüflənir. Həmin təəssüf və ağrılar qələmadamlarınının yazılarında nə vaxtsa özünü göstərir. Sizin "Yubileynamə”nizkimi. Belə bir ağrılı yazı mənim də gələcək planımda var.

X x x

Hörmətli Ustad! "Yubileynamə”də qələmyoldaşlarınızın sizi dəstəkləməmənizdən gileylənirsiniz. Qələm yoldaşlarınızınquru söz deməkdən başqa əllərindən nə gəlir? Əgər onuda bəziləri demək istəsə.

MənSizin iştirak etdiyiniz tədbirlərin bir neçəsində xalqın və dövlətin qarşısındakıxidmətlərinizin müqabilində "Xalq yazıçısı” fəxri adına və Prezidentin Fərdi təqaüdünəlayiq görülməniz təşəbüsündə bulunduğumu yəqin ki, xatırlamamış olmazsınız. Birçoxları həmin təşəbüsü üzdə bəyənsələr də, əməli işdə heç bir fəaliyyətləri görsənmədi.Yaxşı xatırlayıram 70 illik yubiley tədbirinizin keçirilməsinin pribleməçevrildiyini. Sonda yazıçı Gülafət xanımın şəhər ziyalılarının imzalı müraciətinihazırlayıb İcra Hakimiyyətinə göndərəndən sonra yubiley tədbirinin keçirilməsireallaşdı. Fikrimcə, bu Sizi sevməyən bəzibədxahların yuxarılara "Qərib Mehdi yaxşı adam deyil, və s.pıçıltılarından qaynaqlanmanın nəticəsidir. Neyləməli? Bəlkə, bu da Sizinyazıçı taleyinizdəki qəribçiliklə bağlıdır.

Hörmətli Ustad! Kitabda Şəhər İcra başçısıilə təsadüfü görüş zamanı yazıçı-jurnalist Surxay müəllimin Sizin yubiley tədbirinizinkeçirilməsi ilə bağlı başçıya müraciəti zamanı söhbətdə iştirak edən qələmyoldaşlarınızın məsələnin müsbət həlli üçün dəstək verməmələrini xüsusivurğulayırsınız. Hadisənin bu cür gedişi heçdə təcüblü deyil. Çoxlarının "səngər”dəgizlənərək "döyüş” üçün əlverişli məqam gözləmələri prinsipi-ikiüzlüdavranışının alt qatı çoxdan aləmi-aşikardı. Özləri özlərinə ağıllı görsəndiklərinəfikir verməyə dəyməz. Sizki bineyi-dövrdən həmin yoldaşlarla münasibətdısiniz.

Hörməli Ustad! Bu ilin yanvar ayının əvvəllərindəŞəhər Mərkəzi Kitabxanasında Sizin "Savaş”adlı kitabınızın təqdimatı keçirildi.Xatırlayırsınızsa, təqdimat zamanı yoldaşlara belə bir müraciət etdim: "Yoldaşlar,ömrünün 83-cü ilini yaşayan yazıçı Qərib Mehdini hamımız yaxşı tanıyırıq. Azərbaycanədəbiyyatının inkişafında yazıçı kimi Qərib Mehdinin xidməti danılmazdı.Ömrünün 50 ilini yaradıcılığa həsr edən yazıçı 45 kitabın müəllifidi. Bu gün fəxrlədeyə bilərik ki, ömrü boyu dahi Nizami yurdunda yaşayıb-yaradan Qərib Mehdi ədəbisahədə Azərbaycan Bayrağının bir çox ölkələrdə dalğalandırır. Bu Gənşə ədəbimühitinin fəxri deyilmi? Özünəməxsus yaradıcılıq yolu, üslubu və dili (bənzərsizdil) olan zəhməti layiqincə dəyərləndirilməyibdi. Ömürün finiş xətinəyaxınlaşan yazıçıya "Xalq yazıçısı” və yaxud Prezidentin Fərdi təqaüdçüsü adınalayiq görülməsi üçün imzalı şəkildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinəvə Azərbaycan Yazıçılar Birliyinə müraciə-xahiş edək.”

Yığıncaq iştirakçıları təşəbbüsürazılıqla qarşıladılar. Hətta, bəzi yoldaşlar müsbət mənada əlavələr etdi.Aradan dörd aya yaxın vaxt keçməsinə baxmayaraq hələdə yerli təşkilatdan heçbir tərpəniş hiss edilmir. Amma şifahisöhbət zamanı çoxları Qərib Mehdinin yüksək fəxri ad və mükafatlaralmasının tərəfdarı olduğundan saatlarla danışmağa hazırdı. Bilmirsən, sözəinanasan, yoxsa əmələ? Fikrimcə,

deyilən sözün əməldə görsənməməsi paxıllıq vəqısqanclığın məntiqi nətisəsi deməkdir.

Buda,qəribçiliyin Sizin yazıçı taleyinizi izləməsidi.

X x x

Hörmətli Ustad! Böyük sənətkar M.Füzuli də 9 axçanı ala bilmədi. Amma əvəzində "Şikayətnamə” kimi möhtəşəm bir əsəryarandı və müəllifinə ğsrdən ğsrə qibtə olunası bir şöhrət qazandırdı. "Salamverdim, rüşvət deyildi deyə, almadılar” kimi ifadə bu gündə atalar sözü kimidillərdə dolaşmaqdadır. Tarix təkrar olunur. "Şikayətnamə” və "Yubileynamə”, MəhəmmədFüzuli və Qərib Mehdi. Hər iki sənətkarın yaşadığı dövrün zaman kəsiyi fərqigünlə, ayla, illə yox, əsrlərlə fərqlənir. Maraqlıdır ki, XVI əsrdə yaşamış M.Füzuli ilə XXI əsrdə yaşamış Q. Mehdinin umacağı və ağrısı eyni nöqtədə kəsişir.Böyük sənətkarlar sağlığında az hallarda qiymətləndirilirlər. İstedadlı qələmsahiblərinin sağlığında qiymətləndilməməsinin səbəbini onları tanıyanlarınpaxılıq və qısqanclığında axtarmaq daha düzgün olar. Fikrimcə, "Şikayətnamə” M.Füzulinin, "Yubileynamə” isə Q. Mehdinin əvəzsiz və əbədiyaşar təltifləridi.


Hörmətli Ustad! Sizin nə yubileyə, nədə fəxri adlaraehtiyacınız var. Ulu Yaradan Sizə elə bir qabliyyət və istedad bəxş edibdi ki, Qərib Mehdi adı həmişəhörmətlə yad ediləşəkdi. Bu gün Gəncə ədəbi mühitinin, xüsusən də nəsr sahəsində MARŞAL rütbəsiancaq Sizin çiyinlərinizdədi və həmin şərəfli tütbəni daşımaq ancaq Sizinyazıçılıq taleyinizə qismət olubdu. Çoxları bunu etiraf etməyi bacarmasalarda, həqiqi reallıq budur və istər-istəməzbu reallıqlq barışmalıdırlar. Hələ Sizin nəsr diliniz, demək olar ki, əvəzsiz birdildi.

Gələcəkdə araşdırıcılar Sizin nəsrdilinizi nadir ədəbi hadisə kimi qiymətləndirəcəklərinə əminliklə yanaşmaqlazımdır. Sənətkar kimi hələ ustalığınız haqqında danışmıram.

Elə fəxri ad daşıyıcıları olub ki, bu gün əsərlərininadları belə çəkilmir. Ona görğ də sənətkar bu günün yox, gələcəyin sənətkarı olmalıdır. Oxucu kimideyirəm, bütün zamanların ədəbi aləmində Qərib Mehdi adlı silinməz bir izqoymusunuz.

Əziz Ustad! Sizin yazıçı taleyiniziizləyən qəribliyin günahını anadan olanda Sizə Qərib adını verəndə axtarmaqlazımdır.

Azərbaycan Yazıçılarının qarşıdan gələnqurultayı ilə əlaqədar olaraq bəzi qələmyoldaşlarımızı fəxri ad və Prezidentin Fərdi təqaüdü xəbəri ilə sevindirəşəklər.Güman edirəm ki, Gəncə ədəbi mühitinin yerli rəhbəliyi qurultay qabağı Sizindəsevinməyiniz üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracaqdır

Hörmətlə: FazilSənan

Yazıçı-publisist.

07.04. 2019.