adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Yanvar 2020 13:35
31847
ƏDƏBİYYAT

Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu

Yazıçı PərvanəBayramqızının "Yaza bilməyən yazıçı” adlı kitabı çap olundu. Kitab müəllifin soniki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatınproblemlərindən bəhs edən yazılarının məcmusudur. Köşə yazıları və hekayələrindəuşaqlarda erkən yaşlardan kitaba maraq oyatmaq qaydalarına, ədəbiyyatın, mütaliənintəbliğinə geniş yer verilmişdir. 

Həm müharibə, həm də digər mövzularda yazdığıhekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinəüstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasınıyazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yeralması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasınınümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilkkitabından seçmə şeirlərilə də çatdırır. "Xan” nəşriyyatında çap olunan kitabınredaktoru yazıçı-publisist İntiqam Mehdizadə, korrektoru yazıçı-tərcüməçi SəbuhiŞahmursoydur.