adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Oktyabr 2018 10:42
17307
ƏDƏBİYYAT

Yazarlar uşaqlıq xatirələrini danışdılar...

Uşaqlıq insanın unudulmayan çağlarındandır. Bizimoyuncaqlar şəhərimizdi uşaqlıq. Yıxılanda dizlərimizqanayırdı, ağlasaq bizim olardı hər şey. Sehirli günlərimiz indi yaddaşarximizdə xatirə olaraq yaşayır.

Bəs, yazarlaruşaqlıq illərini necə xatırlayır, böyüyəndə kim olmaq istəyirdilər? Adalet.azbununla bağlı sorğu keçirdib.




Yazıçı Şərif Ağayar: "İkarus sürücüsü,aktyor, həkim, polis... Təkcə yazar olmaq ağlıma gəlmirdi. Ağıla gəlməyən başagəldi. Onu da ola bildimsə. Ədəbiyyat ömrü qumara qoymağa bənzəyir. Uduza dabilərsən. Amma bu udub-uduzma prosesin özü möhtəşəmdir və əsla peşman deyiləm.İkinci dəfə doğulsam, peşəmi yox, vətənimi dəyişərdim. Üstümə düşsələr, həttaburda yenidən yaşamaq kimi dəhşətli şərtin altında da yazarlığı seçərdim.”




Filosof Müşfiq Şükürov: "Uşaqlığım sanki dünən idi. Unutmadım ki. Uşaq olmaq heç asan deyildi.Dərs oxumaq böyük zülm idi. Zəhləm gedirdi məktəbdən. Bir tətillərdə vəoyunlarda xoşbəxt olurdum.

Dənizçi olmaq istəyirdim.Sonra aviakonstruktor. Maraqlı nə görürdümsə, o olmaq istəyirdim. Kəşflə,yeniliklə bağlı olsun. Yaşıdlarım daha çox milis, müdir olmaq istəyirdilər. Şadam ki, eləarzularım yox idi.




Yazar Səhər Əhməd: "Mənasız uşaqlığımolub. Elə hey böyüməyə can atmışam. Böyüyüb nəsə başqa, nəsəfərqli biri olmaq və bunu ətrafdakılara sübut etmək istəmişəm. Ona görəuşaqlığımı yaşamamışam, demək olar. Ümumən mən bu günlə az yaşayan adamam.”











Yazıçı Kənan Hacı: "Evin tək uşağıolduğum üçün valideynlərim üstümdə əsirdilər. Bu da mənə pis təsir edirdi, sərbəstolmaq istəyirdim. Hətta harasa gedəndə məni evdə tək qoyub qapını üzüməqıfıllayırdılar. Dəfələrlə toyuq hininin damına dırmaşıb ordan küçəyəhoppanmışam. Uşaqlarla kəndin kənarında futbol oynamağa gedirdik, bir dəgörürdüm anam bütün kəndi bir-birinə vurub ki, uşağımı görməmisiniz? Onlarıbaşa düşürdüm, amma dostlarımın yanında pərt olmaq istəmirdim. 13 yaşım olandaevdən icazəsiz kənddən çıxıb şəhərə gəlirdim. Azadlıq meydanındakı mitinqlərəqoşulmuşdum. "Yaddaş kartı” kitabında bu haqda təfsilatıyla yazmışam. 16yaşımda isə evdən xəbərsiz təyyarəyə bilet alıb Kiyevə uçmuşdum. Mənimuşaqlığım belə keçib. Sonuncu hadisədən sonra gözləri qorxmuşdu, atam anama tapşırmışdıki, uşaqla işin olmasın, daha böyüyüb. Mən gözümü açanda evimizdə kitabxanaolub, mən kitabların əhatəsində olmuşam həmişə. 9 yaşım olanda artıq şeirləryazırdım. Böyüyəndə yazıçı olmaq istəyirdim. Ardını da özünüz bilirsiniz.”


Yazar Günel Natiq: "Uşaqlıqda mən özümə qapalı, qaraqabaq bir qızcığaz idim. Atam məni "Buzkraliça” nağılındakı qaşqabaqlı qıza bənzədirdi, zarafatla tez-tez o obrazıxatırladırdı. Mən atam kimi tərcüməçi olmaq istəyirdim. Şeir yazır, tərcüməedir, evdə jurnal, divar qəzeti çıxarırdım. Yaradıcı uşaq idim. Hətta rejissorkimi də "fəaliyyət göstərirdim”. Yadımdadır, bir az yuxarı siniflərdə oxuyanda,12-13 yaşlarında "Sevil” tamaşasını səhnələşdirmək istəyirdim. Aktyorlarım daxalam uşaqları idi. Mən özüm də Gülüş obrazını oynayırdım. Qəribədir ki, o vaxtuşaqlar arasında böldüyüm rollar onların sonradan talelərinə çevrildi...

Mənuşaqlıqdan ədəbiyyat adamları ilə əhatə olunmuşdum və bu təbii ki mənimdünyagörüşümə öz təsirini göstərirdi. O vaxtdan bəlliydi ki, mən qələm adamıolacam. Rus dili müəllimimiz İskəndər Abasoviç mənə "bizim jurnalistimiz”deyirdi. Anam isə əmin idi ki, mənim çoxlu kitablarım çıxacaq. Amma atam bizimseçimimizə qarışmırdı, müdaxilə etmirdi. Hətta kömək də etmirdi. Mən də heçkimdən kömək gözləmədən öz ayaqlarım üstündə durmağı öyrəndim. Mən atamın birözəlliyini də əxz etdim. Atam heç vaxt kiminsə qapısını döyüb hansısa xahişdəbulunmurdu. Bu, mənim də xarakter özəlliyimdir."