Yazarlar Tanrını nəyə bənzətdilər? - SORĞU

Hər kəs uşaq vaxtıTanrını nəyəsə bənzədirdi. Bəziləri onu günəşə, bəziləri isə aya oxşadırdı.Uşaqlığımızda Tanrıya Allah baba deyə xitab edirdik.
Adalet.azyazçı-şairlərə sorğu ünvanlayıb. Uşaq vaxtı Tanrını necə təsəvvür edirdiniz?Tanrını nəyə bənzədirdiniz?

Yazıçı SəfərAlışarlı: "Bizim ailəmizheç zaman Allahsız olmayıb. Bizim evdə həmişə namaz qılınıb, oruc tutulub.Ancaq cəmiyyət bizə ateist tərbiyəsi verməyə çalışıb. Uşaq vaxtı da, indi dəAllahın adı mənim üçün ən müqəddəs addır. Mən heç zaman onu təsəvvürümdəcanlandırmağa çalışmamışam. O mənim üçün həmişə ən ali haqq və ədalətmücəssəməsi olub. Sonralar oxudum ki, Musa peyğəmbərə verilmiş 10 ehkamdan ilküçü belə səslənir:
1. MənAllaham, sənin Allahın... Məndən başqa sənin heç bir Allahın yoxdur.
2. Yuxarıdagöydəkinin, aşağıda yerdəkinin, yerdən aşağıda sudakının təsvirindən özünə bütyaratma.
3. Allahınadını yalanla dilinə gətirmə, çünki Allah onun adını yalanla dilə gətirənləricəzasız qoymaz.
Oxudum və bir daha inandım.”

Yazıçı Şərif Ağayar: "Tanrı xəyalımda necəolubsa, bir dəfə rəsmini də çəkmişdim. Nəsə kepqalı, qoca bir kişi kimidir.Amma bu kişinin siluetidir daha çox. Bu, görünür atamın və biz tərəflərdə əngüclü hesab etdiyim kişilərin obrazıdır. Təbii ki, sonralar bu təsəvvürüm dəyişdi.Xüsusən, Quranı oxuyandan sonra. İndi Tanrı mənə kosmosda nəhayətsiz işıq kimigörünür. Yeri gəlmişkən, bu yaxınlarda Vanqa nənə haqqında bir sənədli filməbaxdım, Tanrıya inamım bir az da artdı. Söhbət heç də kəhanətdən getmir. Korbir qadının 5000-ci ilə qədər verdiyi proqnozlardakı təxəyyül məni valeh elədi.”

Yazıçı Murad Köhnəqala:"Uşaq vaxtıTanrının necəliyi və kimliyi haqda düşündüyüm yadıma gəlmir. Ancaq yuxarısiniflərdə oxuyarkən tay-tuşlarımızla kainat haqda söhbətləşər, dünyanınyaradılışı, yaradan, ölüm kimi mövzularda mübahisələr edərdik. Yadımdadı, mən həminsöhbətlərdə hər şeyi idarə edən Tanrının beyindən ibarət bir planet olmasıhaqda versiya yürütmüşdüm. Ancaq indi təkamülə inananlardanam.”

Şair Cəlil Cavanşir: "Nurani, ağsaç-saqqalı olan bir qoca kişi düşünürdüm. Və dəqiq yadımdadır ki, onunlagörüşməyi çox arzulayırdım. Elə ona görə də Tanrıya Allah baba deyirdik. Mənəçox doğma, heç vaxt üzünü görmədiyim babam kimi düşünürdüm.”

Yazıçı Azad Qaradərəli: "Düzü, mənim uşaq vaxtındakı Tanrı düşüncəmdə heçdəyişiklik olmayıb. Tanrını mən qorxunc, əli hər yerə çatan, kimi istəsə öldürəbilən biri kimi təsəvvür etmişəm həmişə. Amma ona da inanmışam ki, bu əlininüstündə əl olmayan kişi həm də zəhmli ata kimidir. Qərarı qətidir.
Amma heyf ki,üzünü bizlərə göstərmir. Və heyf ki, o dünyada nələr olduğunu da bizə demir. Budünyaya nigaran gəlib, nigaran da gedirsən.
Bu mənimTanrı ilə bağlı zaman-zaman formalaşan düşüncəmdir. Doğrudan da O Kişi haqdauşaqlıqla indiki düşüncəm arasında elə bir fərq yoxdur.”

Yazıçı Kənan Hacı: "Uşaqlığımın Tanrısımənim üçün bir az qorxulu varlıq idi. İnsan tanımadığı, bilmədiyi şeydən qorxubçəkinir axı. Valideynlərim Allah deyəndə həmişə üzlərini göyə tuturdular. Mən dəhəmişə Tanrını göylərdə axtarırdım. Zaman keçdikcə Tanrı anlayışı mənimçünbaşqa mahiyyət kəsb etdi. Tanrını dərk etmək üçün özünü tanımalısan. Özünü dərketməyən insan Tanrını anlaya bilməz.”

Yazar Ayxan Ayvaz:"Uşaq vaxtı TanrınıAya bənzədirdim. Gecələr göyüzündə ay görünəndə elə bilirdim Tanrı odur.”

Yazar Günel Natiq: "Belə bir məqamıxatırladım... Atamın kitab şkafı hansısa ağacdan düzəldilmişdi. Qəhvəyi və dahatünd- şabalıdı rəngin çalarları var idi. Qəribədir ki, mən onun üzərində birkişi təsvirini sezmişdim. Bu, ağacın öz təbii ləkələrindən yaranan və əslindədiqqəti cəlb etməyən bir təsvir idi. Elə bir təsvir ki, diqqətlə baxanda qoca,saqqallı, əlində əsa tutmuş bir adama bənzədirdin. Xatırlayıram ki, uşaq vaxtıo təsvirə gözüm sataşanda qorxub divanın dalında gizlənirdim. Bəzən də onuxeyirxah bir qocaya bənzədirdim. Elə bilirdim, bu ağsaqqal kişi məni gah suçlayır,gah da xeyir-dua verir. Bəlkə də hardasa Tanrını təcəssüm etdirirdi mənim uşaqtəsəvvürümdə. Çünki o təsvirlə bağlı çoxlu düşüncələrim vardı..."

Şair ƏsədQaraqaplan: "Tanrını Göydə - buludların üstündə bardaş quruboturan çalmalı, saqqallı nurani bir kişi kimi təsəvvür edirdim. Bu biraz daTanrının bu şəkildə təbliğiylə bağlı idi.”

Yazar Sevinc Elsevər: "Tanrını necə təsəvvür edə bilərdim ki? Bizimçün seçimşansı yox idi. Böyüklər onu bizə elədiyimiz səhvlərə daim hirslənən və cəzaverə biləcək yaşlı kişi kimi təqdim edirdilər. Mənə eləgəlirdi o ağ paltardadı və yuxarıda, buludların üstündə bir yerdədi...
Ağ paltarlı olduğunu kimsə deməmişdi. Bu artıq öz təsəvvürüm idi. Yanında çoxlumələklərlə görürdüm onu xəyalımda...
Və həmişənənəm deyəndə Tanrı təkdi. Əvvəl buna üzülmüşdüm. Axı buludların üstündətək-tənha necə yaşamaq olar? Yəqin o, çox darıxar düşünürdüm. Mələklərihaqqında eşidəndə sevinmişdim ki, Tanrını tək qoymurlar. Bir də onu bilirdimki, hər kəs öləndə Tanrı ilə görüşür. Tanrı onu ya cənnətə, ya cəhənnəmə atır.Bu məni əndişələndirirdi. Görəsən, Tanrı məni hara göndərəcək düşünərdim onuyada salanda. Nəticədə Tanrıdan qorxardım. Amma böyüyəndən sonra Tanrı haqqındaöz təsəvvürlərim yarandı. Onu sevməyə başladım.”
Digər Xəbərlər
31 Oktyabr 2025 19:09 “ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME - Qulu AĞSƏS YAZIR
31 Oktyabr 2025 14:08 Nigeriyalı yazarın Azərbaycan sevgisi
30 Oktyabr 2025 15:34 Taleyi əfsanəyə çevrilən Əfsanələr- Əntiqə Kərimzadə yazır…
30 Oktyabr 2025 12:32 

Bakı -°C 










