adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Sentyabr 2017 11:53
33418
ƏDƏBİYYAT

Yazarlar məktəbə getdiyi ilk günü necə xatırlayır? - SORĞU

Hər bir insanın həyatında dərin izlərburaxan anlar var. O anlar ki, sonradan ömür səhifələrindəunudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü hesabolunan "Bilik günü"ndə yaşadığıqlarımızdır. Həmin gün yaşananlarsonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqiyoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki,ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Bu gözəl misralarıMirzə Ələkbər Sabir demişdi. Bu gündən məktəbin ilk günü başladı. Bəs yaxşıyazıçılar, şairlər məktəbə getdiyi ilk günü necə xatırlayır?

Adalet.az mövzuyla əlaqədaryazarların münasibətini öyrənib.


Yazıçı SəfərAlışarlı: "6 yaşım olduğu üçün müəllim mənisinfə qəbul eləmək istəmirdi. Sonralar, özünün dediyinə görə, rəhmətlik mənimoxumaq həvəsimi görüb direktoru razı salıb. Nəsə məktəbli forması-zad yadıma gəlmir,hətta çantamın belə olub-olmamasını xatırlamıram. Şüşə çernelqabının əlimi möhkəmcəbulaşdırdığı, anamın vedrədən su tökərək onu sabunla yumaqda mənə kömək etdiyivə evimizədək yolun uzunluğunun məni yorduğu yadımdadı.”


Yazıçı NərimanƏbdülrəhmanlı:"Nədənsə ilk məktəbə getdiyim günyadımda o qədər aydın qalıb ki, xatırlayanda gözlərim yaşarır. Sentyabrın ilkgünü, günəşli bir günüydü. Həyəcanımdan bütün gecəni yatmamışdım. Məni məktəbərəhmətlik nənəm aparırdı. Yol elə bil bitmək bilmirdi. İlk dəfə parta arxasındaoturanda az qala nəfəs almaq yadından çıxmışdı. İlk dərsimiz mənə lap nağılkimi gəlirdi. Çox gözəl gün idi. Çox...


Şair Cəlil Cavanşir: "Çox yaxşıxatırlayıram. 1990-cı ilin 1 sentyabrında Oğuz rayonun Xaçmaz kəndində, 2 saylıorta məktəbdə birinci sinifə getmişəm. Birinci sinifdə məktəbimiz darısqalolduğu üçün bizə Xaçmaz kənd 2 saylı uşaq bağçasında yer vermişdilər. Sinif rəhbərimixQiyam müəllim idi. Bütün müəllimlərimi, xüsusilə mənə oxumağı sevdirən ibtidaisinif müəllimim Qiyam müəllimi sayğıyla xatırlayıram. Ruhu şad olsun! Çox həvəsləməktəbə getmişəm. Valideyinlərim müəllim olduğu üçün məktəb mənim üçünarzulanan məkan olub. Əlifba kitabımı, ilk qələmimi, dəftərimi, çantamı, müəllimiminsəsini hələ də xatırlayıram. Çətin, ehtiyac dolu, amma gözəl illər idi. Artıq27 il keçir amma xatırlayanda hələ də kövrəlirəm. Artıq o məktəbin yerindəböyük məktəb tikiblər. Daha gözəl, daha geniş. Amma sinif otaqlarım hələ də yuxuma girir.


Yazar CavidZeynallı: "Birinci sinfə getdiyim gün... Yaxşı xatırlayıram.Anam qonşunun bağından yığdığı güllərdən dəstə bağlayıb, məni məktəbə yolsaldı. Özümdən böyük qonşu uşaqlarından eşitmişdim ki, məktəbi bitirənlər"Son zəng” günü bütün uşaqlara hədiyyə verirlər. Açığı, məktəbə də elə buümidlə getmişdim. Həmin təntənəli tədbir bu gün də gözümün qabağındadır. Məktəbləvidalaşan uşaqlar bir-birinin köynəyini yazır, deyib-gülür, gül dəstələrinigücləri çatdığı qədər göy üzünə atırdılar. On birinci sinfi bitirənlər hədiyyələritanıdığı birincilərə verirdilər. Qonşuya, qohuma, dost uşağına... Mən kənardadayanıb onlara yaxınlaşmağa utanırdım. Tərslikdən, məktəbi bitirən bir kimsəmizdə yox. Qəfildən əlində böyük maşın oyuncağı olan bir nəfər gülə-gülə mənə sarıgəldi. Başımı sığalladı, hədiyyəsini verib, gül dəstəsini əlimdən aldı. Gözüməinanmırdım. 25 il əvvəl yaşadığım o sevinci ifadə etməyə çətinlik çəkirəm. Və qəfildənelə bil zəlzələ oldu, yer-göy başıma dolandı. Həmin oğlanın səsi hələ dəqulaqlarımdan çəkilməyib: - Maşını ver, səni səhv salmışam. Və maşını əlimdənalıb başqa uşağa yaxınlaşdı. Onu öpdü, qucağına aldı, gözdən itdi. Bir ilğımkimi. Xəyal kimi. İllər ötdü, mən böyüdüm. Özüm həmin məktəblə vidalaşanoğlanın yaşına çatdım. Bu dəfə mən hədiyyə verəcəkdim. "Son zəng”ə gedəndə4 maşın almışdım. Hamısını da kənarda dayanan, utanıb-çəkinən uşaqlara verdim.Deyəsən, əllərini mənə sarı uzadıb utana-utana "sağ ol” deyən o balacalarillərin o üzündən keçib gələn mənim öz uşaqlığım idilər. Bir az utancaq, bir azqorxaq, bir az nisgilli. Və təsəllim bircə bu idi: heç kim onların hədiyyəsini əlindənalıb ilğım kimi, xəyal kimi gözdən itməyəcəkdi.


Şairə Sevinc Elsevər:"Anam məni hamının təriflədiyibir müəllimin sinfinə qoymaq istəyirdi. O da sən demə, imkanlı ailələrinuşağını seçib götürürmüş. Müəllim məni aparıb qonşu müəllimin sinfinə qoyurdu.Anam gətirib zorla onun sinfində otuzdururdu. Bu vəziyyət məni çox kədərləndirmişdi.Öz-özümə düşünürdüm ki, mən yəqin başqa uşaqlardan pisəm, çirkinəm, ona görə müəllimməni istəmir. Ağlamışdım həmin gün. Halbuki çox böyük sevinclə hazırlaşmışdım məktəbə.Dərslərin başlamağına hələ bir neçə gün qalmış mənə aldıqları çantanı gecələrqucaqlayıb yatırdım. Üstündə dənizçi paltarı geyinmiş üç ördək şəkli vardı. Mənimçündünyada hər şeydən vacib, hər şeydən dəyərli idi o çanta. İlk müəllimimsə ilk bilik günümü burnumdantökdü.


Yazar Faiq Qismətoğlu: "O gün heç vaxtyadımdan çıxmır. Füzuli rayonunun Böyük Bəhmənli kəndində ilk dəfə məktəbəgedirdim. Məktəbin həyətində direktor Əvəz Əliyev və bizim müəllimiz olacaq RzaRzayev dayanmışdı. Sözün düzü hər iksinin adını eşitmişdim və hər iksindən dəqorxurdum. Məktəbə böyük qardaşım, rəhmətlik Qürbət müəllim məni aparmışdı. Ətrafımdakıuşaqların hamısı boynubükük durmuşdu. Mənsə qardaşımın əlindən tutub, sinfəgirmək istəmirdim. İlk zəng çalındı. Biz birinciləri Rza müəllim sinfə apardı.Elə ağlayırdım ki, müəllim məni kiridə bilmirdi. Amma bu an ötəri oldu. Elə ki,Rza müəllimə öyrəşdik, o bizim boş damarımızı tutdu və hər şey yadımızdançıxdı. O vaxt indiki kimi çanta yox idi. Anam rəhmətlik parçadan bir torbatikmişdi. Kitabları və çörəyi onun içinə yığrdıq. Bir dəfə də çörəyi sotlunüstünə qoyanda Rza müəllim mənə bərk təpindi. Dedi ki, müəllimin yanında çörəkyemək olmaz. Bura oxumağa gəlirsiz, yeməyə yox. Bax beləcə hər gün hər şeyə öyrəşdikvə alışdıq. O günlər mənim yaddaşıma elə həkk olunub ki, bu gün də birincilərigörəndə xəyalən həmin illərə və günlərə qayıdır, bizim üstümüzdə əziyyət çəkən,yarpaq kimi əsən Rza müəllimi, Əvəz müəllimi, Həqiqət müəllimi, Qəzənfər müəllimixatırlayıram. Onların çoxu dünyalarını dəyişiblər. Amma hər an, hər dəqiqəbizim qəlbimizdə yaşayırlar.”


Trend İnformasiyaAgentliyinin icmalçısı Arzu Nağıyev: "Bu günkü gün kimiyadımdadır. 1970-ci ilin sentyabrın biri. Rəhmətlik anam məni məktəbə apardı. Tovuzrayonu Bozalqanlı kənd orta məktəbi. Sonradan adı "Yusif Sadıqov” adına orta məktəboldu və 1980-ci ildə qızıl medalla bitirdim. Məktəbə gedən gün dərs olmadıdedilər bir həftədən sonra olacaq. İlk müəllimim İsmayıl müəllim olub, Allahona rəhmət eləsin. Həmin gün gözəl bir xatirə kimi yadımda qalıb...


Yazar Günel Natiq: "Sevincimin həddi-hüdudu yox idi. Ən çox ona görə ki,atamın iki ay əvvəlcədən aldığı və pişik kimi sığal çəkib qoruduğum qırmızıçantanın nəhayət ki, istifadə müddəti yetişmişdi. Onu da deyim ki, hələ 4-5yaşım olandan atam hər yeni dərs ilində məndən 4 yaş böyük bacıma aldığıçantadan mənə də alırdı, yoxsa dava salıb ağlayırdım. Evin balacası və ərköyünolduğumdan valideynlərim və bacım mənə güzəştə gedirdilər. Mən də özümdən böyükçantanı arxama keçirib həyətdə şəstlə gəzib-dolaşırdım.

Sentyabrın biri anamla məktəbəyollandıq. Yolboyu qırmızı çantanı özüm daşıyır, əlimdən vermirdim. Sönra gülalmaq təlaşı yadımdadır. Çünki gül dəstəsini son anda almışdıq. Mən qorxurdumki, biz gecikərik və məni sinfə buraxmazlar. Anam məni sakitləşdirir və hərşeyin yaxşı olacağını deyirdi. Sonra dedilər ki, gül almasanız da olardı, ammamən sentyabrın 1-ini buketsiz və qırmızı çantasız təsəvvür edə bilmirdim.

Hər yeni dərs ilində həmin osevinci, gərginliyi, təlaşı və bu hissləri bölüşdüyüm doğma insanları xatırlayıram.Və içimə bir xiffət çökür...


Şair Əsəd Qaraqaplan: "Bir sentyabr 1992-ci il. Birinci sinfə getdiyim gün.Balaca, toppuş, qarayanız, qıvrımsaç bir uşaq. Dəcəl və dinamik. Sinfimizdə 30-dan çox uşaq vardı. Onun da 20-dən çoxu oğlan idi. Elə ilk gündəcəsinifdəki oğlanların hamısını döymüşdüm: kiminin ağzı partlamışdı, kiminin gözüqaralmışdı, kiminin də başqa yeri əzilmişdi.

İlk A hərfini səliqəsiz alınıb deyə, o qədər pozub, təzədən yazmağa cəhdetdik ki, axırda "ana dili” dəftəri deşildi. Bizə elə gəlirdi, "yaza bilmirik”desək, dəftəri deşsək, müəllimə daha bizi məcbur etməyəcək.

Ama sənsaydığını say, gör Məryəm müəllimə nə sayır. Əlindəki motal ağacının çubuğuylaisrarla başımız üstündə durub dərs qurtarana qədər bacımla mənə düz 12 vərəq,yəni dəftərin hamısını dolurana qədər A hərfi yazdırdı. Biz də ilk yazıcəzamızı belə aldıq.


Yazıçı Kənan Hacı: "Məktəbə çox böyük həvəslə getmişəm. İlk dərs gününü maraqla gözləyirdim. Yadımdadır, məni məktəbə atam apardı. Bizi böldülər, mən Qasım müəllimin sinfinə düşdüm. Qasım müəllim bizə ədəbiyyatı sevdirdi. Onun sinfinə düşmək mənim üçün bir xoşbəxtlik idi. Şagirdləri o qədər böyük məhəbbətlə sevirdi ki, biz özümüzü evimizdəki kimi rahat hiss edirdik. Dərsi kimin yaxşı öyrənəcəyi üstündə bəhsə girirdik. İlk dərs günündə Qasım müəllim məni birinci partada oturtdu və bu mənim çox xoşuma gəldi. Sonralar həmişə onun mənə inamını doğrultmağa çalışırdım."


P.S. - Sorğunukeçirdiyim opponentləri dinləyə-dinləyə yaddaşımda ilk məktəb günüm işıqlandı:"Məktəbə getmək istəmirdim. Atama deyirdim ki, mən kənddə qalıb çoban olmaq istəyirəm.Məktəbə ilk dəfə Tiflisdə başlamışam. Adını unutduğum məktəb mənim üçün çoxdoğmadır. Bacımla bir sinfə qoymuşdular ki, qorxmayım. Tiflisdəki məktəbdənayrılan günsü uşaqlar, hətta müəllimlər belə bizim getməyimizə ağlamışdılar.”