adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2020 19:10
45361
ƏDƏBİYYAT

YAZA BİLƏN YAZIÇI

Hər qadın sirli bir dünyadı. Və hər qadının sirli dünyasındada bir dünya var. Bu dünya əlçatmazdı, ünyetməzdi. Bu dünya arzularımızın dünyasıdıvə bu dünyanın pəncərəsindən boylana bilsək də içəri keçə bilmirik, çünki qadağa zonası var və bu qadağa zonasını keçməyəhaqqımız yoxdur. Amma yaradıcı qadınların mənəvi dünyası ilə tanış olmaq imkanımızyetərincədi. Gərəkdi ki, buna həvəsin, istəyin olsun. Bu baxımdan yazıçı, şair,publisist Pərvanə Bayramqızının «Yaza bilməyən yazıçı» kitabını (Bakı, 2019) oxumaqda yetərlidir ki, ürəyini sözə vermiş, sözlə «nigah» bağlamış bu xanımın «sirli»dünyası ilə tanış ola biləsən. Pərvanə xanımınhiss və həyəcanları, fikir və düşüncələrilə tanış olmaqla, bir-birindən maraqlıvə oxunaqlı yazılarını oxumaqla onun iç dünyasının «sirlərini» öyrənmək mümkündür. 

Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilənən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatındaən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur.İctimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini,yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışıolan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan və s. söhbət açan, eləcə də fərdi yaşantılarınıhekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığıilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçıkimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələri idi. Onun istər yüksək məziyyətli publisistik məqalələrində, esselərində, eləcə də işıq selinəbürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsinieşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm dəgördüm ki, onun ürəyi günəş kimi alovludur.Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitaboxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqcasanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu. Duyğularımınyaddaşına su kimi hopan məqalələr, «səpələnən duyğular», «statuslar», hekayə vəşeirlər beynimin qırışlarında oyanır, nəfsimi daha bir günahdan çəkindirirdi. Təmizlənirdim,bulaq suyu kimi durulurdum. Bax, budur yazıçı-şair sözünün təsir gücü! Qəlbindəilahilik əkib-becərən Pərvanə xanım bu kitabı ilə ürəkləri fəth etməyi bacardı.Və mən ürəyimi ovsunlayan «Yaza bilməyən yazıçı» kitabında toplanan əsərlər haqqında,bir romanlıq fikri bir hekayəyə yükləyən, sözün böyük və ilahi bir funksiyanı yerinəyetirdiyini şeirlərilə bir daha açıb göstərən, bütün enrjisini sözlərə hopduranPərvanə xanımın oxuculara təqdim etdiyi kitabından qədərincə, dəyərincə, yetərincəsöz aça bilməyəcəyimin fərqindəyəm. Çünki onun yaradıcılığı bir dəryadır. Bu dəryadan,ancaq bir damla götürüb qəzet səhifəsinə çıxara bilərəm. Elə bu bir damladan dayazıçı, şairə Pərvanə Bayramqızının sözlərdən zərif, incə, ruh oxşayan, könül sevindirənbir çələng hördüyünü hiss etmək mümkündür.

Pərvanə xanımın qəlbindənvə qələmindən süzülən esseləri,statusları, hekayələri, şeirləri həyacansız oxumaq mümkün deyil.Bu baxımdan «İki qadın», «Qəribə öyüd», «Kişi arzusu» və başqa hekayələri məni ovsunladı.Bu hekayələrin əhatə dairəsindən uzun müddət çıxa bilmədim. Hekayələri şərh etməkistəmirəm. Bunu oxucuların öhdəsinə buraxır və deyirəm ki, Pərvanə xanım «İki qadın»hekayəsini yazmış olsaydı belə, yenə də ədəbiyyatınədəbi dünyasına daxil ola bilərdi.

…Yazıçı, şair adınınyükü çox ağırdı və bu yükü öz zərif və kövrək ürəyində daşıya bilən Pərvanə xanımhavada uçuşan səsləri də, fikir və düşüncələrini də, duyğularını da, ürək döyüntülərinidə sözə çevirməyi bacaran qələm sahibidir. Onun qələmindən və qəlbindən süzülənməqalələri, hekayələri, şeirləri, esseləri oxuyandan sonra əminliklə belə deməkolar: Pərvanə xanım sözün və sözünün ağasıdır. Çünki bir çox qələm adamları kiminə yazım, necə yazım ki, pula getsin təfəkkürü, düşüncəsi ona yaddır. Məhz sözünağası olduğuna görə söz meydanından üzaqlaşmayıb, əksinə, söz meydanında öz sözünüdeyən qələm adamlarından birinə çevrilib. O, söz xatirinə söz yazmır. O, həm dəşöhrət xatirinə əlinə qələm götürmür. Sadəcə olaraq yazmasa, yaşaya bilməz. Yazmaqonun missiyasıdır. O, bu missiyanı şərəflə yerinə yetirir. O, həm də qonarar almaqüçün yazmır. Bunu heç xəyalına da gətirmir. «Yaza bilməyən yazıçı»da, eləcə də«Yazı masası»nda, «Hardan başlayım»da və başqa yazılarında yazmaq üçün doğulduğunu,yazmasa yaşaya bilməyəcəyini dilə gətirir: «Yazmaqda gəlir fikirləşmək, yazmadanyaşaya bilmək mənə yad olan cəhətlərdir» - deyir.

Pərvanə xanımın«Status»ları ilə tanışlıq da ürəyimcə oldu. Onun statuslarını oxuya-oxuya bir çoxhəyat dərslərini yenidən öyrəndim, elmi-fəlsəfi fikirlərilə tanış oldum və bu xanımyazıçının içimi silkələyən fikirlərilə tanışlıq ürəyimi ağappaq işığa bürüdü. Yazıçınınsəpələnən duyğularından – «Bəxtini gizlədənlər»lə, «Göz yaşlarım»la, «Kim ola bilərdim»lə,«Bulud ağlayır»la, eləcə də ictimai mövzulara toxunduğu «Müəllim», «Valideyn iclası»,«Qonaqlıq», «Qohum» və sairlə, eləcə də «Sonuncu arzu», Xoşbəxtliyin rəngi», «Kişiarzusu» və başqa hekayələrilə, uşaq dünyasından bəhs edən Bəhlulun hekayələrilə,şeirlərilə tanışlıq mənə bir dünya bəxş elədi.

Pərvanə xanımın ədəbiyyatın«qızıl fonduna» daxil ola biləcək fikirləri də heyranedicidir. Gəlin onlardan birneçəsinə diqqət yetirək: «Qələmin «adamlığı» olsaydı, hərdən sahibinə etiraz edər,«Məni sındırsan da, bunu yazmayacam» deyərdi. «İsmin halları sözə işgəncə verir».«Gözləri eynək, ayaqları əsa əvəz edəndə «dünya köhnə dünyadır» deyirik». «Ölümhaqdır deyirik, amma heç kəs haqqa qovuşmaq istəmir». «Bəzən adam yaşadığını görməməküçün günlərlə yatmaq istəyir». – Dahiyanə fikirlərdir.

…Ürəyinin diqtəsiilə şeirlər yazan, heç kimi təqlid etməyən, heç kimin yoluyla getməyən Pərvanə xanımbir şairə kimi poeziya aləmində diqqəti cəlb etməklə yanaşı, həm də hekayələriləsübut eləyir ki, o, yazıb-yaratmaq üçün yaradılıb. Və bir yazıçı olaraq öz hekayələrinin,şairə olaraq şeirlərinin, esseist olaraq esselərinin, publisist olaraq məqalələrininqarşısında gözügölgəli deyil. Sözü ürəyindəbişirməmiş şeirə gətirməyən, yazacağı hekayəni beynində ipə-sapa düzməmiş qələməalmayan Pərvanə xanım sözü necə incələməyi, hekayəni necə ustalıqla qələmə almağıbilir, özü də yaxşı bilir. Onun «Yaza bilməyən yazıçı» kitabında yer almış məqalələr,esselər, hekayə və şeirlərində bədii təsvirin və təxəyyülün sonsuzluğuna heyrətedirdim. Həm də düşünürdüm ki, Pərvanə Bayramqızı necə yazmaq lazım olduğunu birdaha çoxlarına nümayiş etdirdi. Bəli, o, sadə və gözəl yazır. Yazdıqları könül oxşayır,ruha sığal çəkir. Hadisələri səmimi, rəngsiz-boyasız nəql edir. Məsələn, «İki qadın»,«Uçurum», Qəribə tövsiyyə»» və s. hekayələrində bunu görmək o qədər də çətin deyil.Şairənin şeirlərində də hisslər, duyğularilmələr kimi hörülüb. «İnciklik» şeirindəki bu misralara diqqət yetirək:


Gözdən axan yaşlar mavi gölümdür,

Niyə onun saf suları bölündü?

Bu məhəbbət mənim üçün ölümdü,

Öz qəbrimi əllərimlə qazmışam.


«Yaza bilməyənyazıçı» kitabında yaza bilən yazıçı Pərvanə Bayramqızı deyir ki, «…Sevimli yazıçımCek Londondur.Onun qədər qəlbimi oxuyan yazıçı hələ tapmamışam». – Pərvanə xanım! Kitabınızı sevə-sevəoxudum, ürək döyüntülərinizin səsini eşitdim, qəlbinizi mən də oxudum. İnanıramki, qəlbinizi oxuyan oxucular, yazıçılar… hələ çox olacaq. Buna əmin ola bilərsiniz.

O, həm də oxuculara deyir ki, «Günəşdən, şaxtadanqoruduğum yazılarımı açıb qarşınıza tökürəm, əziz oxucular, gəlin tanış olaq – bumənəm!» - Mən Pərvanə xanımın yaradıcılığı ilə tanış oldum və bu tanışlıqdan məmnun qaldım. Siz də tanışolun. Bu tanışlığa dəyər.

Vaqif İsaqoğlu