adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2017 16:24
17813
ƏDƏBİYYAT

Yaz yağışının melodiyası

Mayın ilk həftəsindəyik.Bu gün şəhərimizə yaz yağışı yağır. Sərçələrin cikkildəşməsini eşidirəm. Pəncərəninşüşəsini dimdikləyir. Barmağımın arasından közərən siqaretdən qullab vurub, pəncərəniaçıram. Sərçə keflənmiş ağacaqanad kimi yavaş-yavaş zirzəmi olan yerə uçur. Pəncərədəndünya möhtəşəm görünür. 

Bulud parçaları boz rənglərin fonunda dumanlı dağlarıxatırladır. Səkinin yanı ilə sıra-sıra düzülmüş yam-yaşıl çinar ağaclarıyarpaqlarından yağış suyunu küçələrə yayır. Mülayim külək isə çılpaqqollarından, boynundan qıdıqlayır səni. Yolda şütüyən maşınlar ağır-ağır yağışsuyu ilə yuyunurlar. Başımı qaldırıb daha da yuxarı, göyüzünə tamaşa edirəm.Yağış damcıları üzümə, gözümə sürətli şəkildə düşürlər. Sanki Amazon meşəsindəzəhərli həşaratların hücuman məruz qalırmışam kimi.

Küçənin o tinindən nimdaşgeyimli adam, əlində əsası ilə yağışın altında addımlayır. Başında kepkasıgörünmür. Gözləri eyni nöqtəyə zillənib. Düşünürəm ki, yəqin, bu adam üçün həyatçoxdan bitib. Kim bilir, ömründə nə qədər yağışlı gün yaşayıb?! 

Kameranı başqabir tərəfə tuşlayıram. Səhv başa düşməyin kamera deyəndə gözlərimi nəzərdətuturam. Aha, tilova bir adam da düşdü. Sən demə düz gözümün qabağında imiş. Məktəbinkandarında köhnə-kürüş, lazımsız kitablar satır. Başında qalın, ala-boz papaq, əynindəçəhrayı rəngli kurtka var. Gözlərində itmiş bir tale hiss olunur. 

Yağış sürətiniazaldır. Quşların cikkiltiləri daha aydın eşidilir. Torpaqdan gələn yağışınqoxusu otağımıza yayılır. Barmağımda sönmüş siqaret giləsi küləyin toxunuşu ilə,rəqs edə-edə otların üzərinə düşür. Əllərimi indi hiss edirəm. Qəfil başımasular tökülür. Öz-özümə sevinirəm: urraa yağış yenidən başladı. Saçlarımdansüzülən damlalar dodaqlarıma toxunur. Ətim ürpəşir, sifətimi turşuduram. Səndemə, yuxarı qonşu paltar asıb. Tüpürə-tüpürə donquldanıram. Gözümü ovuşdurum,açıram ki, günəş ağacların içindən bərq vurur, gülümsünür. Aynadakı əksimigörüb, uğunub gedirəm.