adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Iyul 2020 14:15
53185
MARAQLI

Yay istisindən xilas olmağın yolları

Əsl yay özünü göstərməyə başladı. Temperaturun+40°Cdək qalxdığı günlərdə, kondisionersiz ev sanki saunadır. Belə şəraitdə gecəyuxusundan da söhbət gedə bilməz. Kondisionersiz evi sərin saxlamağın yollarıvarmı? Bəli, var!

Otağı sərin saxlamaq üçün isəhavalandırmanı düzgün etmək gərəkdir. Bunun üçün havanın temperaturu+25°C yuxarı qalxdığı saatlarda pəncərəni bağlayın, aşağı düşdüyüsaatlarda isə açıq saxlayın. Ən aşağı temperatur4:00-dan 7:00-dək müşahidəolunur. Saat 20:00-dan etibarən pəncərələri açıq saxlaya bilərsiniz.

Otağa günəş şualarının düşməməsi üçündüzgün pərdələrdən istifadə edin. Əgər evinizdəki pərdə sintetikdirsə, onudərhal dəyişin. Bu materialdan olan pərdələr tez qızır. Otaqlarınızı günəşşualarından maksimum qorumaq üçün isə qalın kətandan olan ağ pərdələrə üstünlükverin.

Otağın havasının təmiz və sərin olmasıüçün yay aylarında toz yığan əşyaları yığışdırın. Misal üçün: xalçaları,divandaki yastıqları və s.

Gecə yatmazdan öncə yerləri sərin suda islanmışdəsmalla silin. Temperaturun düşdüyünü hiss edəcəksiniz.