adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2019 10:42
21325
ƏDƏBİYYAT

YAY DÜŞÜNCƏLƏRİ

Öyrənmışık, bu şəhərin istisınə.Yaddaşımı qurdalayıb keçən illərdə dəbelə ist yay günlərinin olduğunu xatirlamağa çalışıram. Bəli, olub belə yandırıcı istilər.Kənddə torpağı, şəhərdə asfaltı qovuran isti yay günləri....

İyul-avqust ayları isə burdahavalar daha da dözülməz olur. "Qışı sərt, yayı istı”- deyimini Naxçıvantəbiəti tez-tez təsdiqləmiş olur. İndi çoxları tətildədi, yay tətilində.Səhər-səhər işə, dərsə tələsənlərin sayı azalıb. Nə yolda, nə də sərnişinavtobuslarında əvvəlki tünlüklə rastlaşmırsan. Sanki insanlar da istidənbuxarlanıblar....

Bəzən evdən lap tezdənçıxıram. Şəhərin yuxudan oyanmağını seyr etmək üçün. Tərtəmiz küçələrdə təkəm-seyrək görünən adamlar var. Yay səhərininbəzən sərin, bəzən ilıq, amma çox təmiz olan havasını ciyərləriməçəkirəm. Şəhərin daş döşənmiş piyada yollarına, qapqara asfalt örtüyünə süpürğəçəkənlərə, maşın süpürgələrə minnətdarlıqla baxıram... onlar hər gün nə qədərinsanın ayaq izlərini sığallayır. Nə qədər sevgi, həsrət, sevinc, dərd, arzudolu ayaq izlərinə süpürgə çəkir görəsən, bu insanlar...

Hardasan?...
Bəlkə səhərin gecə səssizliyində,
yorgun kuçələrdə
mənim izlərimi axtarirsan?
Axtarma!!
Sən gördüyün, şən gördüyün
izlərimin üstünə, dərd dolu,
qəm dolu yüklər dusub.
Gündə üzərinə süpurgə çəkilsə də,
Çiyninə düşən ürək ağrılarından
İzlərimin canı çıxıb bu şəhərdə ...

Yolumun üstündə sərin damcılarını ustüməçiləyən, bir bulud yerə yelpazə çəkən fəvvarə var. Nə yaxşı ki var deyə,ürəyimdən keçirdirəm. Özü də tək deyil. Bu şəhərdə, adamların yanan ürəyinəsərin su çıləyən onlarla belə fəvvarə var. İki-üç metr hündürlükdən yağanyağışı ötüb keçirəm...

Gözlərim hər gün eyni yerdə, eyni vaxtdarastlaşdığım tələbə oğlanla qızı axtarır. Hələ ki, yoxdular. Amma gələcəklər.Nə qalıb ki.. Yenə canlanacaq bu şəhər, onların sevgi dolu gəlişiylə. Özləriilə payızın sevgi yağışıyla dolu, həzin günlərini gətirəcəklər. Amma hələ buşəhərin yavaş-yavaş isinən, ləçəklərini yay günəşi qarsmış gullərin daşyollarıyla tək addimlayıram.

İstibir yay səhəri ..
Yerdən buxar qalxır.
Şəhər boşalıb elə bil .
Hamıdincəlməyə gedib deyəsən.
Tələbələrin,şagirdlərin
yolyoldaşlığı görünmür.
Hərgün eyni vaxtda, eyni yerdə
rastlaşdığımsevənlər də yoxdu,
Ürəklərininpasını silməyə,
dincəlməyə,

sevgi dolu günlər gətirməyə

gediblər deyəsən ..
Şəhərinsəs-küyünü də alıb aparıblar.
Dəniz,göl, çay sularında
sərinlənməyə,
Suyundadını bilməyə,
deyib-gülməyəgediblər.
Şəhərdəbir isti günəş qalıb,
birdə ləçəkləri qurumuş qızılgüllər...
Hə,bir də mən qalmışam,
istidənəriyib misralara dönən

mürəkkəbli qələmimlə...
Sənsizliyivərəqlərə köçürən ürəyimlə.
Səninləbir yerdə
istibir yay günü keçirən
Düşüncələrimdə burdadı,
buşəhərdə....

Bumisralara köklənib sevdiyim işimə tələsirəm. Gün boyu gördüyüm işin məsuliyyətinihiss edərək, gah sevinc, gah təəssüf, gah inam, gah da qürur duyaraq günü basavururam. Axşama doğru başladıqlarımın bəzisini bitirir, bəzisini yarıdaburaxır, bir evim olduğunu düşünərək, dərindən nəfəs alıram. İş yerinin səs-küylü,yarısərin, yarıisti otaqlarından, karidorlarından çıxıb, şəhərin gün boyu Günəşinistisindən qovrulmuş mənzərəsi, istidən təngənəfəs olmuş sakinləri ilərastlaşacağımı düşünürəm. Amma qarşılaşdığım mənzərə həqiqətən möcüzədi. Təbiətin,bu şəhərin möcüzəsi...

Hava qaralıb, goydənyerə istı nur tökülür. Yagış əvvəl aram-aramyağır. Ayaq yandıran, nənəm demiş, yumurta bişirən asfalt yağışın sevincindən cız-cızcızıldayır. Vallah, urəyimdən o ki var islanaraq, ilıq yağışı doyunca uda-uda,çətir tutmadan yol getməyim gəlir. Amma olmaz... istidən, yağışdan qorunmaqüçün var, bu rəngbərəng çətirlər.. yağış get-gedə güclənir. Necə deyərlər, tutucundan, göyə çıx! Yağışın ucundan tutub göyə çıxmaq- doğrudan da, çox romantik bir aləmə səyahətetmiş olardım...

Görəsən,yağışdan niyə qorxur bu insanlar? Ya çətir, ya ağac altı, ya nəsə bir yer tapıbdaldalanırlar. "Xoşbəxtlikdən” mənimçətirim var. Özümü ilıq yay yağışından "qoruyaraq”, sonsuz bir zövqlə yoluma davam edirəm. Düşüncələrimi ilıq yay yağışı ilə urəklərə səpirəm...

Dünəniştidə əriyən düşüncələrim

bu günyağışa düşübdü.

Zirvələrəqalxdıqca

bir azüşüyübdü.

Həttabir az küləklidi,

özünüürəyimin divarlarına,

beynimindamarlarına çırpır.

Yağışdolur gözlərimə,

düşüncələrimgözlərini qırpır.

Yağışlıdüşüncələrimin yoluna

bircavan qız qonaq olur.

Yağışdanqorunmaq,

çətiriməyarınmaq üçün ağac altda durub...

Giribqol-qola,

işıqlıfikirlər səpirik asfalt yola.

O, mənidüşünür, mən onu.

yağışdaislanıb qırmızı donu.

Çətirinaltında birləşır düşüncələrimiz.

Budur,mənçatıram.

görünürevimiz,

yolumuzbitir.

Düşüncələrləyoluna davam edir

qırmızıdonlu qız.

Azsonra yolda və düşüncələrimdə gözdənitir.

Yağışkəsir, damcıları buludlar geri alır..

Qırmızıdonlu qız...

misralarımda ilişib qalır.

Və.. Axşamüstü Araz çayından bu şəhərə qonaq olansərin yay küləyi fikirlərimə ayrılq vüsalının həzin nəğməsini oxuyur...