adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Aprel 2020 08:19
123287
MÜSAHİBƏ

“Yatanda Markeslə, “çevriləndə” Kafka ilə çevrilir” - MÜSAHİBƏ

Müsahibimizşair, DGTYB-nin sədri İntiqam Yaşardır.

-DGTYB-nin sədrisiniz. Belə fikir var ki, Əkbər Qoşalı özü sizin adınızdan təşkilatı idarə edir, qərarları o verir.

-Əkbər Qoşalı 20il öncə Dünya Gənc Türk Yazarlar Birliyini təsis edən aydınlarımızdan biri vəbir neçə il bu təşkilatın rəhbəri olub.Hazırda Təşkilatın MəsləhətŞurasının başqanıdır. Təbii ki, onunla artıq illərə dayanan yolyoldaşlığmız, dərin dostluğumuz var. Mən təşkilata rəhbər seçilməmişdən öncə müxtəlif vəzifələriicra etmişəm. 10 il öncə üzv qəbul olunmuşam, sonra İdarə Heyətinə seçilmişəm,daha sonra sədrin birinci müavini seçilmişəm, 2019-cu ilin iyun ayından isə sədrseçilmişəm. Təbii ki, təcrübəli bir insan kimi Əkbər bəylə məsləhətləşmələrimiz,qarşılıqlı fikir mübadiləmiz hər zaman olub və indi də davam edir. Amma,hazırda o təşkilatın idarə edilməsində iştirak etmir, heç bir qərara müdaxiləetmir. Bizim məsləhətə ehtiyacımız olan zaman öz tövsiyyələrini verir və hərzaman bu fikri səsləndirir: "fikirlərimi məsləhət xarakterli qəbul edin, qərarıözünüz verin”.

-Bu təşkilat olmasaydı Azərbaycan ədəbiyyatı nəsəitirərdi?

-Əslində yaşadığımızaləmdə heç nə "mütləq” anlayışına söykənmir. Yəni, hər hansı bir məsələyə "mütləq”prizmasından yanaşmaq bir az məqsədli mübahisə zəmini yaratmaqdan başqa bir şeydeyil. Bu baxımdan da hər hansı qurumunmövcudluğu ətrafında olmasa nə olardı kimi sualların qoyuluşunu daeyni istiqamətə aid edirəm. Əksinə, mənçox istərdim ki, ölkədə ədəbi mühit daha rəngarəng, daha hərəkətli, daha rəqabətliolsun. Ədəbi qurumların sayı bundan da çox olsun. Mən başqa müsahibələrimdə,diskusiyyalarda da bu fikri çox səsləndirmişəm . Heç bir təşkilat yazaraistedad vermir. Hər hansı bir quruma üzv olmağı finiş xətti kimi qəbul etməkolmaz. Təşkilatlar yazarlara mühit verə bilir. Bu baxımdan təşkilatlarınsayının çox olmasını arzu edirəm. Qoy, gənc ədəbi nəsil bir araya gəlsin, müxtəliffikirlər səslənsin, müxtəlif ideyalar irəli sürülsün. Ədəbi mühitdə ciddi disskusiyalar aparılsın,canlanma yaransın.

-Açığı təşkilatda bəzən istedadsız adamların özündənrazı, çıxışlarını və. s görürük. Türkçüdür deyə istedadsıza dözmək lazımdır?

-Hər kəsin fikirözgürlüyü var. Kiminsə istedadını tərəziyə qoyub, danışa bilərsən deyə bilmərik. Fikri səsləndirəndüşünməlidir ki, dediklərim boyuma uyğundur, yoxsa yox. Bütün hallarda ciddisözün sahibini ciddi, digərini isə müvafiq ölçüdə qəbul edirlər.

-Başqalarını qınayırıq. Amma bu yöndə olan fəaliyyətdətürkdilli ölkələrdə, elə Qazaxıstan, Özbəkistan olsun eyni adamlar sanki reklamedilir, təqdim olunur. 

-Konkret olaraq, DGTYB-ni nəzərdə tutursansa ədəbi mühitdə tanınan imzaların böyükəksəriyyəti bizim toplularda, təşkilatınsaytında, digər ölkələrdəki mətbu orqanlarda dərc olunub və bu davam etməkdədir.Bir məsələ də var ki, yazarlar bəzən Azərbaycan ədəbi mühitində etdikləriçıxışın nəticəsi ilə digər ölkələrin ədəbimühitində yaranacaq effekti qarışdırırlar. Sözünü, hərəkətini bilməyən adamı başqa ölkədə necə təqdim edəbilərsən? Niyə təqdim etməlisən? Burada xalqlar arasında, qurumlararasında münasibət müzakirə mövzusudur.

Sədrliyə namizəd olmaq hər kəsin haqqıdır

-Gənc dostların AYB sədrliyinə namizədlik irəlisürüb. Bu məsələ barəsində fikrinizi bilmək istərdim.

-Hər kəsin müvafiq olaraq hüququn imkan verdiyihər yerə namizədliyini irəli sürmək haqqı var. Yetər ki, hər şey düz mütənasib olsun. 

-AYB-dən söz düşmüşkən qurultay olacaq. Gözləntilərinnədir?

-Qurultayın işinə öncədən uğurlar arzu edirəm. Gözləntilərim çoxdur. Ümumi işin xeyrinə imtina metodunu dəstəkləmirəm.İnkişaf istəyən irəli durar, işin qulpundan yapışar.

-Yenilənmiş Gənclər Şurasının üzvüsən. Buyaxınlarda Azərbaycan Yazıçılar Birliyindən bildirildi ki, şura yenidən yeniləcək.




-AYB-nin Gənclər şurasına istedadlı şair dostumuz Fərid Hüseyin rəhbərlik edir.Mən tərkib müəyyənləşən gün də Fərid bəyləfikirlərimi bölüşmüşəm. İdeyalarımı söyləmişəm. Istərdim gənclər passivolmasınlar. İclasdan-iclasa formal toplaşmağın tərəfdarı deyiləm. İdeyalarla, təkliflərlətoplaşmaq lazımdır. İnanıram ki, Gənclər Şurası maraqlı işlərə imza atacaq.

-Millətçi təşkilatdasınız. İstisnaları çıxsaq böyükədəbiyyat adətən millətçilikdə lokallaşır. Dövlətçi olmağa qalsa millisosializm yolunu da tutmaq olar.

-Böyük ədəbiyyatın millətçilikdəlokallaşması fikri ilə razı deyiləm.Bizim yazarların ən birinci problemi özü ola bilməməkdir. Sən özünü böyük görməsən kimsə səni böyükgörməz. Kiminsə kölgəsini yamsılamaqlaböyük ədəbiyyat adına iddia etmək yel dəyirmanıilə savaşmaq kimi bir şeydir. Bizim bəzi qələm dostlarımız da var ki, yatanda Markeslə, "çevriləndə” Kafka ilə çevrilir. Amma alayarımçıq imitasiyadan başqa bir şeyyoxdur ortada. Bizim kimi xalqların millətçilik ruhu ölsə yox olmağı labüddür.Bizim təşkilatın millətçi təşkilat olduğunu qeyd edirsinizsə, yaradıcılıqazaddır. Dünya Gənc Türk YazarlarBirliyinin işi beynəlxalq statuslu bir təşkilatolaraq, Türk dünyasında ədəbi-mədəni əlaqələrin genişlənməsinə töhfə verməkdir. Kimsənin üzərində bu mövzuda mütləqyazmalısan deyə bir diqtə yoxdur.

İnsan bıçaqla cinayət də törədir, çörək də kəsir

-Millətinə görə sənin haqqını əlindən almırlarsa, ədəbiyyatdamillətinə görə ögeylik görmürsənsə, millətçi olmaq faşizm əlaməti deyil?

-Digər millətlərə loyal münasibət bəsləyən heç bir millətçilik faşizm deməkdeyil. İnsan bıçaqla cinayət də törədir,çörək də kəsir. Kimin nəyi necə istifadəetməsi əsas şərtdir. 

-II Gənc Ədiblər Məktəbinin məzunu olmusunuz. Buburaxılışdan barmaq qatlayacaq şəxslər var? Varsa, hansı yaradıcılıq nümunələrinəgörə?

-Ədəbiyyat adına görülmüş, görülən və görüləcək bütün işləri alqışlamaqlazımdır. Nə ki, "II ədiblər” məktəbinin,hər birinin üzə çıxardığı, istiqamət verdiyi bir çox istedadlı gənc yazarlar üzə çıxdı. Heç bir yaradıcılıqlayihəsi şəxsə istedad vermir. İstiqamətverir, mühit verir. Əsas olan da budur. 

-Muğam, yoxsa ozanlıq?

-Muğam şərq musiqisidir, ümumidir. Ozanlıq türkündür. Hər ikisini dinləyirəm. Amma, heç bir musiqi"Ruhani” kimi ruhumu oxşamır, "Cəngi Koroğlu” kimi ruh yüksəkliyi, pozitiv əhval-ruhiyyə vermir. 

-Sizin bölgədən çıxan yazarları bəzi hallarda"Qazaxşinalıq”da günahlandırırlar. Bu "şinalıq”la hansısa əlaqən yoxdu?

-Mənimçün belə bir anlayış yoxdur. Biz Türk dünyasının, Bütöv Azərbaycandavasının sıra nəfərləriyik. 

-Niyə Müşfiqdən danışanda qarşılıq kimi SəmədVurğunun adını hallandırırlar. Hökmən birini pisləmək üçün başqası təriflənməlivə ya biri təriflənmək üçün digəri təhqir olunmalıdır?

-Bu ədəbiyyat yox, ədəbiyyat ətrafı həvəskarların özünü gündəmdə tutmaqmetodudur. Hər hansısa tarixi şəxsiyyətin təhqir edilməsi nə ziyalılığa, nə ədəbiyyata,nə də insanlığa sığır. Hələ o şəxs həyatdada deyilsə, əsla. Bu adamların çoxu nə Müşfiqi, nə də Vurğunu tanıyır.

-Səməd Vurğunkimi bütlərə toxunmaq gündəm yarada bilər. Çünki bu kimi şəxslərəregional da olaraq cavab verirlər deyə müdafiəçilər oyuna gəlmiş olur. Belədə tənqidedən məqsədinə çatır.

-Gündəmə hansı metodla, hansı mövzu ilə gəlmək əsas şərtdir. Ümumiyyətlə, "gündəm olmaq” heç də həmişə müsbətxarakterizə oluna bilməz. Elə "gündəmolanlar” olur ki, onu heç düşməninə də arzulamazsan.

-"Evdə yoxam” şeirində ilişib qalmış kimi görüntünvar. Hər yerdə səsləndirirsiniz. Bəlkəevdən çıxasınız?

-Şeir səsləndirməyi çox da sevmirəm."Evdə yoxam” şeiri isə 8 il əvvəlyazılmış şeirdir. Həm ölkə mətbuatında, həm də ölkədən kənarda çox çap olunub.Yəqin ona görə gözə çox dəyir. O şeiriözümdən çox başqa qiraətçilər, dostlar səsləndirir. Demək olar ki, mütəmadi olaraq yeni şeirlərimçap olunur mətbu orqanlarda. 

-"Qrup”laşmalardan hamımız gileylənirik. Bəlkə bu dəfəşeytanın qıçını sındıraq, o qrupların adını çəkək? Kimləri belə qrupbazlıqdagünahlandıra bilərsiniz.

-Ciddi bir işortaya qoya bilən, ədəbiyyat adına işgörmək üçün bir araya gələn yaradıcı şəxslərəqruplaşma deyilirsə, mən o qruplaşmaları alqışlayıram. Kimhansı qrupda olmaq istəmirsə öz qrupunu yarada bilər və ya fərdi şəkildəfəaliyyət göstərə bilər.

Söhbətləşdi:Emin Piri