adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Dekabr 2016 16:05
538226
ƏDƏBİYYAT

YAŞAMAQ İSTƏYİRƏM…

Həyat gözəldir…Bunu mən demirəm, yəni mənə məxsus fikir deyil. Deyiblər, təkrar edirəm. Amma mənəqalsa, həyatın gözəlliyindən daha çox eybəcərliyi var, ağrı-acısı var, problemivar. O qədər enişli-yoxuşlu, dərəli-təpəli, kol-koslu, daha nə bilim ürək ağrıdan, göz göynədən, fikirçaşdıran məqamları var ki, adamın hərdən «həyat gözəldi» sözünün özünə dəyazığı gəlir…

Yəqin bu girişəgörə, bir balaca dilxor olacaqsınız və ola bilsin yazının ardını oxumayacaqsınız.Bilirəm, bunu o adamlar edəcək ki, onlar üçün həyat gözəldi. Mənimyazdıqlarımın, söylədiklərimin onların həyatına heç bir dəxli yoxdu. Və bu barədə nə düşünüblər, nə xəyal qurublar, nə də yuxugörüblər. Çaşıb yuxu görüblərsə də, onu elə yuxudaca unudublar. Mən isə hamınınqəbul etdiyi bu gözəl həyatın bütün qüsurları ilə birlikdə mənə yer ayırdığınagörə qədrini bilirəm, ona önəm verirəm, onu dəyərləndirirəm. Bir növü həyatınqılığına girmək istəyirəm, könlünü ələ almaq, dilini tapmaq və payıma düşən ömrüadam kimi yaşamaq məqsədilə atıram bu addımı. Lakin mənim saydığı fələk saymır. Mənim istəyimlə həyatın düzəni, qanunları heçuyğun gəlmir. Mən ha yaxınlaşıram, o məndən uzaqlaşır, mən ha əl uzadıram o əliminüstündən vurur. Və beləcə, bir-birimizlə didişə-didişə günü axşam edirik…

Bütün bunlar təbiiki,hansısa səbəbdən qaynaqlanır, nəyinsəifadəsidi, nəyinsə əlamətləridi. Və mən özümdənqat-qat ağıllı adamlarla hər söhbətimdə bu səbəbi çözməyə, öyrənməyə çalışıram.Aldığım bilgilər, məsləhətlər məndə beləbir əminlik yaradıb ki, sən demə,mən bu dünyanın, bu həyatınadamı deyiləm. Bu həyata ya gec gəlmişəm, ya da tez. Ona görə də mənim yaşamkartım doldurulmayıb, elə səfil kimizaman kəsiyi ayrılıb mənə, kitabdan, dəftərdən, qeydiyyatdan uzaq. Və orada dabir şərt qoyulub: Başınısal aşağı, bacardığın kimi yaşa, heç kimin əl-ayağına dolaşma! Mən də mövcudolduğum üçün o qaydaya uyğunlaşa bilmirəm, o şərtə tabe olmuram. Hamıkimi, normal insanlar kimi qeydiyyatda olmaq, yaşamaq, hüquqlarımdan istifadəetmək iddiamla çıxıram ortalığa. Və təbii ki, bu da həyatımı həmin o gözəlliklərdənməhrum edir. Qalıram…

Hə, mənoturub-durub, fikirləşib yol tapmaq və tapılan yolun da müəyyən bir işıqdankeçməsini qərarlaşdırdığım anda qəfil əsən külək o işığı söndürür. Vəqaranlıqda bir növü qara pişiyi axtaran kimi yenə qalıram özümlə, sözümlə, dərdlərimləbaş-başa. Onda Allahın və bir də ümid yeri saydığım adamların adı, ünvanı, gəlibdüşür yadıma. Təbii ki, Allahı unutmaq mümkün deyil. Şəxsən mən bu fikirdənçox-çox uzaqdayam. Kimlərsəunudubsa, babal öz boyunlarına. Amma elə buradaca birmənalı şəkildə xatırladımki, kifayət qədər Allahı unudan insanlar var. Elə bu həyatın gözəlliklərinə dəkölgə salanların birinciləri də məhz o, Allahı unudanlardı. Bu öz yerində. Mən isə təbiiki, Allahını unutmayıb,savab işlərini və vətəndaşlıq borclarını öndə tutanları daha çox arzulamışam vəonların çox olmasını Allahdan diləmişəm. Bəlkə də bugünkü durumuma gəlibçatmağıma qədər uğurlu nələr olubsa, onların təkanvericiləri, himayəçiləri, şəraityaradanları elə həmin o,Allahını tanıyanlar və insanlıq missiyalarını əsas qayə hesab edənlər köməkçimolublar. Və mən də hər zaman bu köməyə, bu himayəyə, bu dəstəyə görə, onlaraminnətdaram. Və…

Dəfələrləyazmışam və hələ nə qədər də yazacağımı bilmirəm. Amma bu mövzunu son ana qədərqələmimdə, vərəqimdə saxlayacağıma əminəm. Çünki söhbət mənim yaşamımdan gedir.Bir cümləylə xatırladım ki, həyatyolundan xəbərdar olanlar indi özülsüzgecəqondumun da başının üstündə qılınclar oynadığından xəbərdardılar. Oqılınclar mənim və elə ailəmin də həyatının ən böyük təhlükəsidi… O qılınclar mənim həyatımıngözəlliklərdən uzaq düşməsinə tuşlanmış yoldu. Sanki bilərəkdən, məqsədli şəkildə məni yaşamaqdan məhrum etmək, necə deyərlər,canımı boğaza yığmaq istəyirlər. Ona görə də ilk öncə ağlıma ölüm gəlir. Və mənbu ölümün də asan olmadığını bilirəm. Və onu da bilirəm ki, ölümə qaçıb çatmaqda o qədər asan deyil. Hətta şeirlərini böyük maraqla oxuduğum Sona xanım Vəliyevanınyazdığı kimi:


Yol hanı çıxıbgetməyə,

Qaçıb ölümü ötməyə?

Külümdə odböyütməyə

Bağlanıramyarpaq-yarpaq.


Candediyim qorxum imiş,

Uçubgedən ruhum imiş.

Ölüm solğun yuxum imiş,

Oyanıram yarpaq-yarpaq.


Bax, mən də elə həm yarpaq-yarpaq, həm də qıyma-qıyma doğranıramiçimdə. Doğrana-doğrana da qaçıram - həm özümdən, həm də bu həyatdan. Qaçmağımda səbəbsiz deyil. Təkrar vurğulayıram ki, məni qaçmağa başımın üstündə oynayanqılınc, haqqımın tapdanması, ürəyimin pıçıltılarının eşidilməməsidi. Qaçıram,qaçıram, amma hələ ki, ölümə çata bilmirəm. Ona çatana qədər isə nə olacaq,ondan da xəbərsizəm. Çünki düşündükləriminhamısını indi ifdə etmək mənə çətindi. Çətin olmayan isə bu ana qədər ifadəetdiklərimdi.


Gözünü qabaretmişəm

Gedirəm, gözündincəlsin!

Dilində yaman bitmişəm -

Gedirəm, sözün dincəlsin!


Rahatlıq gəlsin ömrünə

Toxunur kölgəm sinrinə…

Vallah, heyranam səbrinə -

Gedirəm, dözüm dincəlsin!


Mənə edilən hücumda

Pis olma qardaş-bacıyla…

Yüklənib ağrı-acıyla -

Məndəki özün-dincəlsin!


***

Hə, insan ümidsiz olanda mənim inancıma görə, qərar da qəbul eləyəbilmir. Bir növü silahsız əsgər kimi olur. Dayandığı səngərdə, durduğu nöqtədənişangaha çevrilir. Ona görə də ümidmənim üçün yaşamağa bir qarantdı. Çox təəssüf ki, bu qarantı gözgörəti öldürürlər və öldürənlərin səsi öləninsəsindən o qədər bərk çıxır ki, onu eşitməmək mümkün deyil. Təbii ki, eşidilənsəsin qarşılıq reaksiyası olur. Bu reaksiya o zaman gerçəyin ifadəsinə çevrilirki, kimsə dizini yerə qoyub sona qədər çözür, mahiyyətə varır. Çox təəssüf ki,bizim müdrik kəlamlar söyləyən atalarımız bir qəribə fikir də söyləyiblər.Deyiblər ki, günah öləndə olur. Vəbunu da onunla əsaslandırıblar ki, ölən özü ölümü haqq edir, ona şəraityaradır, ona səbəblər cücərdir. Və nəticədə də qurbana çevrilir. Amma heç deyənolmur ki, ölən bütün bunları nədən edir? Dəlidi, yoxsa başqa bir məramı, məqsədivar. Yoxsa, onu buna vadar edirlər və sairə və ilaxır. Üstəlik, şərait, məkan,zaman bunlar necədi? Bax, bütün bu suallar indi mənim içimdəki ümidin demək olar ki, sağında,solunda at oynadır. Çünki mən ölümün dalınca qaçıram. Qaçdığım məqamda da söylədiyimkimi ümidi də unutmuram. Və inanın ki, bu anın özündə içimdəki ümid mənə söyləyirki, həyatda biri ilə həmsöhbət oluduğum, birinin isə fəaliyyətini, xidmətini,işini gözlərimlə gördüyüm iki şəxsə üz tut, onlara müraciət elə. Və mən açığı, bu yazını yazdığım məqama qədər ümidin mənə söylədiyihəmin o iki ünvanı, o iki ismi içimdə azı min dəfə təkrarlamışam. Ən yaxınadamlarıma məsləhət üçün söyləmişəm. Və onların reaksiyalarından anladıqlarımınözünü də ələkdən keçirmişəm. Gəldiyim son nəticə bu olub ki, əgər yaşamaq istəyirəmsə,mütləq kiminsə qapısını döymək lazımdı, kiməsə üz tutmaq lazımdı. Söhbət burdaməkan dəyişməkdən, köç etməkdən getmir. Sadəcə, burda söhbət adi bir insan, vətəndaşömrünü yaşamaqdan, onu adambalası kimi başa vurmaqdan gedir!..

Bəli, mənim üztutmaq istədiyim və haqqımın qorunmasında mənə yardım edəcəyinə ümid bəslədiyiminsanlardan biri Naxçıvanda, o biri isə qardaş məmləkətimiz olan TürkiyədəTrabzon şəhərindədi və hər ikisi də böyük səlahiyyət sahibləridi. İçimdən gəlibkeçir ki, onlara məktub yazım. Naxçıvanın və Trabzonun ən böyük səlahiyyətsahiblərinə rica edim ki, bir türk oğlu türkün, bir Allah bəndəsinin, birinsanın adam balası kimi qalan ömrünü ailəsi ilə birlikdə öz gecəqondusundayaşamasına kömək etsinlər. Çünki ölkənin baş kəndində, ölkənin paytaxtında mənieşidən yoxdu. Səsim harada qalır, səsim eşidilmir. Elə bil ki, lalam. Eləburadaca yeri gəlmişkən, nə vaxtsa yazdığım bir şeirimdə demişdim ki:


Susmuşam, danışmıram

düşümə ki,lalam…

yox,

sadəcə istəyirəm ki,

yadında

elə-belə

lal kimiqalam!..

çünki

danışsam

səni

«sevirəm!» söyləyəcəm

sənin dəcavabından

ömrüm uzunu

göynəyəcəm!..

odur ki,

lal olmaq

sənin dəyaddaşında,

ömründə

rəhm etdiyin

biri kimi

susqun qalmaq

daha gözəldi!..


Bax, eşidilməyənsəsimin hətta sevgimdə də nə qədər ağır sarsıntılar, üzüntülər yaşadığını yəqinki, oxuduğunuz misralardan duydunuz. Zənnimcə, bu da mənim qədərimin bir göstəricisidi.Yəni, hamının qəbul etdiyi «həyat gözəldi»fikri mənim «həyat cəhənnəmdi» fikrim ilə yanaşı addımlamır… Bu gerçəkliyi mən qəbuletmişəm və barışmışam. Sadəcə olaraq heç kimə qarşı getmədən hamının fikrinəhörmət etməklə həyatı olduğu kimi, daha doğrusu, mənə ayrılan kimi yaşamaq məcburiyyətindəyəm.Başqa yolum yoxdu…

***

İndi ilin songünləridi, 2016 yır-yığış edir. Qalıb divardan asdığı papağını götürmək. Necədeyərlər, bu il mənim gözəl olmayan həyatımda iki məqamla qalır. Onun bu gözəlolmayana bir gözmuncuğudu, bir nəfəsdi. Onlardan biri Trabzonda həmsöhbət olub, müsahibə götürdüyüm Trabzon Şəhər Bələdiyyəsininbaşqanı Ahmet Metin Gençbəylə tanışıldığım, ikincisiisə iki gün ziyarət etdiyim Naxçıvan torpağında yaşadığım anlardı. Bax, bu ikiməqama görə, Mən 2016-nın arxasıyla danışmayacam. Və necə gəldi, necə getdimüzakirəsini açmayacam. Sadəcə, ona da, elə bu yazını oxuyan hər kəsə də biristəyimi deyəcəm və deyirəm:

- Yaşamaq istəyirəm,imkan verin!!!

Hə, nəhayət, bilin ki, bu gözəl olmayan həyatda yaşamaq özü dəmaraqlıdı. Çünki yaşayanda düşünürsən, sevirsən, çarpışırsan. Necə deyərlər,var olursan. Var olmaq da elə hər şey deməkdi. Sadəcə, ağlamamaq şərtiylə. Onagörə də:


Məni kövrələn görüb

Sən hər gün söz başında…

Barmağının ucunu -

İslatma göz yaşında…


Fikrim düyün, yolum sərt

Canım soyuq, qolum sərt…

Ha istədim olumsərt-

Buzəritdin içimdə…


Tanrım mənieşitsin

Gözdən yaş təkdüşürtsün…

İstəmirəmüşütsün-

Səni məzardaşında!..


Bax, bu da son.Son olmayan isə yaşamaq istəyimdi.