Yaşadığı evdə narkotik becərən şəxs saxlanıldı
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Belə ki, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Xəzər rayon sakini Breus Vadim Vladimiroviç saxlanılıb.
DİN-dən Adalet.az-a bildirilib ki, onun Binə qəsəbəsində yerləşən mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 54 ədəd ümumi çəkisi 5 kiloqram 168 qram olan çətənə bitkisi, 177,295 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. V.Breus ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini ertiraf edib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06