adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Aprel 2020 13:02
680723
ƏDƏBİYYAT

YASƏMƏN ƏTİRLİ ANAMIZ...

"TRTBelgesel”də hər bazar ertəsi "Su savaşları” verilişinə baxıram, Hakan Girginervə Çağrı Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarınıqarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərəsu kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadətyaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələverib Hakan və Çağrı bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarınasürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil– insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir... Və həttabəzən sevincdən hönkürürəm də...

Qəribədir... heç özüm də bilmədən nədənsəhər dəfə "Su savaşları”nın son kadrlarını izləyəndə Yasəmən xanım gəlib gözləriminönündə dayanır. Beynimdə həmişə beləassosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələrkimi Yasəmən xanım da mənim bu dünyadakı ən böyük tapıntımdı...

Dərindən düşünəndə əslində bizim içindəbulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqiyoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki,bu səhrada Yasəmən xanım kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyikimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Tanrı bizi on il öncə qarşılaşdırıb vəO, insanlığı, sevgisi, dürüstlüyü, içindəki ruhani ədaləti və vicdanı, qayğısı,nəvazişi, sığalı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlinDoğmasına çevrilib...

Görkəmli yazıçımız Seyran Səxavətinustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş” adlı maraqlı bir hekayəsi var:"Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan diliniöyrədən ilk müəllimdir. Rəmiş "Segah” çalır. Məni bağışlayın, onun necəçaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Ammaonun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var”- deyir.

Nədənsə, Yasəmən xanım haqqında yazmaqistəyəndə ilk bu sözlər gəldi ağlıma. Yasəmən xanımın özünə, sözünə, kübar və nəcibdavranışına, dərin alicənablığına, xeyirxah əməllərinə layiq bir şəkildədanışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da”,mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı,insanlığı, xanımlığı - Qadınlığı və Analığı, zəngin mənəvi dünyası haqdayazmağa özümdə azca da olsa, təpər tapıram və bizim bir ömür sevincimiz üçün hərdaim özünü yolumuzda şam kimi əritməyə, fəda etməyə hazır olan bu Mələk simalı,mələk qəlbli, mələk xislətli xanımın ünvanına kiçicik bir təşəkkür kimi bunuyazmağın vacib olduğunu düşünürəm...

15 il öncəydi... Həyatımın yoldaşı Elşənlə (o zaman biz tələbəyoldaşı idik) uşaqlıq xatirələrimizibölüşürdük. Söhbət əsnasında dedi ki, "Mənim bütün uşaqlığım elə şəkillərimkimi Kəlbəcərdə qaldı, xalam bir qazan şəkərbura bişirmişdi mənim üçün, evdənçıxanda nə məktəbli çantamı götürə bildim, nə də şəkərburalarımı....” Elşən danışırdı, beynimdə bütün dünya rabitəsiniitirmiş mahiyyətsiz bir şeyə çevrilmişdi... Həyat bir loxma quru çörək kimi düyünlənmişdiboğazımda. Başımı qaldırıb Elşənə baxa bilmirdim. Gözləri yol çəkə-çəkə, sankibeynində kino lenti canlandırırmış kimi sözünə davam elədi: "Məni xalamböyüdüb, - dedi, - anadan da artıq haqqıvar üzərimdə. Camaat öz uşağına baxa bilmədiyi bir vaxtda xalam gəncliyinin əngözəl illərini mənə həsr edib, dil açanda xalama Ana demişəm, ilk dediyim sözYasəmən olub... Özü ana olandan sonra da məni ilk övladı kimi sevib, əzizləyibxalam. Hələ universitetə qəbul olmağımda da onun əməyi böyükdür. Biz yeni evəköçürdük, xalam məni valideynlərimlə təzə evimizə getməyimə razı olmadı, orda şəraitqaydasına düşənə qədər dərsləriminaxsamasından nigaran qalıb məni öz evində, yanında saxladı. Bu gün bu cür yüksəkballa universitetə qəbul olmağımda da Ona borcluyam, üstümdə ödənməyəcək qədərböyük haqqı var Yasəmən xalamın...”

Mən ilk dəfə Elşəndən Onun haqqında eşidəndə birinci kursdaoxuyurdum. Və hələ üzünü görmədiyim, sadəcə adını eşitdiyim Qadının böyük ürəyinəheyran qalmış, onu sevməyə başlamışdım. Sonralar ailəsinin bir fərdi oldum,tanıdıqca, doğmalaşdıqca daha çox sevməyə və sözün həqiqi mənasında kəşf etməyə,ruhunu oxumağa başladım Yasəmən xanımı...

Bu həyatda Ana olmaq mənim düşüncəmə görə ən çətin peşədir, çünki şəxsiyyətyetişdirirsən... Bu mənada, Yasəmən xanımın bir – birindən möhtəşəm, orijinal təfəkkürəsahib, zəngin erudisiyalı övladlar yetirməsionun peşəsinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir. Və buanalıq missiyası bir də ona görə ülviləşir və qutsallaşır ki, O, təkcə öz bətnindəböyütdüklərinə deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə Ana olmağıbacarır.


Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...


- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Yasəmən xanım!Balalar Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır...

Ana olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük müəllim,ən böyük sənətkar ola bilməkdi...

Ana olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünüfəda edə bil məkdi...

Ana olmağı bacarmaq Tanrının ən müqəddəs yükünüçiyinlərinə almaqdı...

Bu həyatda Sizin ən uca adınız – Ana adınızdı, Yasəmənxanım...

Sən biz balaların – hamımızın, çiçəkqoxulu Yasəmən ətirli Anamızsan...

Sən Ana olmaq kimi məsuliyyətli və çətin bir peşənin öhdəsindənşərəflə gəldiyin kimi həm də möhtəşəm ailə başçısısan. Sən mənim hər addımımda örnək aldığımQadınsan!

Qadınlıq ilahi bir vergidir, bəlkə də...Qadın olmağı bacarmaq ayrıca bir yaradıcılıqdır. Biz insanların düşüncə biçimindəQadın olmaq geyinib süslənməkdən, bişirməkdən, bəzənməkdən ibarətdir. Fəqət Qadınlıq nə qızıl bilərzikdi, nə bərbəzək...Qadınlıq ailən üçün özünü fəda etməkdən duyduğun rahatlıqdı, bir insanın içindəəriyib ona qarışmaqdan aldığın zövqdü, Allaha "kömək” edərək bir insanıyaşatmaq, sevindirmək, ona həyat enerjisi, stimul olmaqdı...

Böyük Nazim Hikmət deyir ki, "Mutluluk səhər işə,axşam evə tələsməkdir”. Mənim beynimdə Sən bütün varlığınla o mutluluğunformulu və "Ailə kiçik dövlətdir” deyiminin açarısan.

1946-cı ildə Texasda dərc olunan "ThePort Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərcolunur. "Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, "ənyaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir:"Mən güclü kişi deyiləm, arxamdakı qadın güclüdür...” Nədənsə Marill Frostun o fikri mənə həmişə Sənixatırladır...

Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olanarxa cəbhədəki əsgərdir...

Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən,özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu...

Arxadakı Qadın – yaranışından çiyninə qorumaqmissiyasını götürəndi.

Arxadakı Qadın – dünyanın bu "qaçaqaç”ında, hamınınyaddaşına virus düşdüyü, haqq itirdiyi bir zamanda haqqı və ədaləti əyilməyəqoymayan, öz səbri, əsaləti ilə bərqərar edən mizan tərəzidi...

Arxadakı Qadın – Ailə Qalasının Qapısıdır. Dünyanın ən böyük əzablarına vaysınmadan, mərdliklə sinəgərən, bütün eybəcərliklərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daimaçıq olan, həm də qucaq açdığını Qala kimi qoruyandı.

Arxadakı Qadın – İşıqdı... Üzünün nuruyla qaranlığıaydınlatandı...

Arxadakı Qadın – Sənsən, Yasəmən qoxulum!

Mən Sənin bu müqəddəsliyin – Qadın vəAna ucalığın, nurlu üzün, böyük ürəyinqarşısında baş əyirəm, Yasəmən xanım!

Bu bahar bir yaş daha gənclənşdin. Ömrün çiçək təravətli, həmişəbahar olsun. Tanrı ülfət zamanı böyükləböyük olan, uşaqla uşaqlaşan saf ruhunu Yer adamlarının nəfəsindən qorusun!

Səni dünyaya gətirən o Müdrik nənəmizin– Suğra xanımın, cənnətməkan Hüseyn babanın ruhuna Ulu Tanrıdan qəni – qəni rəhmətdiləyirəm.

Yaxşı ki varsınız, Yasəmən xanım! Nəyaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Həzrəti peyğəmbərimizdən soruşurlar ki,Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli” sözü ilə. Bu çətindünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu,insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq,varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini,ailə dəyərlərini beş paraya dəyişənlərinnəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün,ruhunun, adının ailəsinin, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan birİnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilməkadama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, butorpaq Yasəmən xanım ləyaqətdə qutsal və uca qadın yetirə bilibsə, demək ki, hələsabaha və yaşamağa ümid qalır...


Xəyalə Əfəndiyeva

filologiya üzrə fəlsəfə doktoru

1 aprel 2020-ci il, Bakı