Yaşayış evində yanğın: Nəzarətsiz qalan üç uşaq öldü
Rusiyanın Tümen vilayətində yaşayış evində baş verən yanğın üç uşağın ölümünə səbəb olub.
REN TV xəbər verir ki, yanğın baş verən evdən dörd yaşlı qızın meyiti tapılıb.
Üç uşaq çıxarılaraq xəstəxanaya aparılıb.
Dəri səthlərinin 55 faiz, 60 faiz və 65 faizi yanan uşaqların ikisi həyatını itirib. Vəfat edənlər altı-on bir yaşlı uşaqlar olub.
Onların evdə nəzarətsiz olduqları bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02