Yasamalda silahlı insident baş verib
Yasamalda silahlı insident baş verib.
DİN-dən Adalet.az-a verilən məlumata görə, iyunun 8-də rayon ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub və hadisəni törədərkən istifadə etdiyi "BPO-208” markalı tüfəngi təhvil verib.
Digər Xəbərlər
27 Aprel 2024 09:21
Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı
26 Aprel 2024 16:04Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu - VİDEO
26 Aprel 2024 10:12Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
25 Aprel 2024 11:48