adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 09:54
1055
KRİMİNAL

Xankəndidə silah-sursat aşkar edildi

Xankəndidə silah və sursatlar aşkarlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.