adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
04 Iyun 2019 15:56
26091
ƏDƏBİYYAT

YARIŞ - Ələsgər ƏLİOĞLU yazır

(Hekayə)

Əsərlərindəatı sonsuz bir məhəbbətlə təsviredən yazıçı-publisist Novruz Nəcəfoğluya

Hələ ondaon altı-on yeddi yaşlarımdaidim.Bağda-bostanda olandan-olmazdan yığıb atımıza yükləyər və qoşulardım qəsəbəbazarına gedənlərə. Atımızın bir qırmızı qulunu vardı.Haçan ki,bazaragedirdim,qulunu tövləyə salıb ağzını bağlayardım.İstəmirdim ki,əl-ayağadolaşsın... Onu da deyim ki,atla bazara gedənlərin sayı ən azı yeddi-səkkiznəfər olardı...

Apardığımızpomidoru,əriyi,şaftalını,gilənarı,bir sözlə hər nə vardısa,hamısını satıb qurtarandan sonra yenidən kəndə üz tutarduq...Buzaman aramızda yarışbaşlayardı...Şərtimiz də bu olardı ki,görək kimin atı birincilik qazanacaq...Hamımız da atların başını buraxardıq.Özgə vaxtqaçmağa elə də üzü olmayan atımız özünü kəndə birinci çatırardı...

Bir günbazara gedərkən bir də gördüm ki,qulun anasının böyrüncə yortur... Görünür tələsdiyimdəntövlənin ağzını yaxşı çəkibbağlamamışdım.Artıq yolu yarılamaqda idim.Qulunu geri qaytarıb yenidən tövləyəsalmağım çox uzun çəkərdi.Bununla da bazarı əldən vermiş olardım.Əlacsız qalıbyoluma davam etdim...

Apardıqlarımızısatıb-sovduqdan sonra yenidən kəndə üz tutduq.Həmişəki kimi yenə də at yarışıbaşladı...İndi atımızın qaçışı məni məyus etdi... Başını ha buraxsam da,qamçınıbaşı üzərində ha yelləsəm də atımız canıdildən qaça bilmədi...Həmin gün yarışda ən axırıncı yeri tutdum...

...Bununsəbəbini mən bilirdim.Başımı aşağı salmışdım. Öz-özümə düşünürdüm: "Görəsən rəqiblərim də bunu bilirlərmi!? "

GÖZLƏNİLMƏZƏRİZƏ

NizibalaDoymazlının xasiyyəti onun soyadına ölçülüb-biçilmişdi.Dünyaya göz açan birgündən o, doymaq nədir bilməzdi...Tamahı bir çatı kimi keçmişdi boğazına vəhara gəldi sürüyürdü onu.Dişinin altı boş qalsaydı bağrı çatlayardı...

Deyilənlərə görə hələ uşaqlıqda süfrədə qardaş-bacısının qabına da gözdikərmiş.Girəvə düşən kimi saytal tikələrdən çırpışdırarmış...Nəfsi onu hələqonşu çəpərinə də dırmaşdırarmış...Kimin bağına,bostanına bir əluzadılsaydı,hamı da bilərdi ki,bu Nizibalanın işidir... Onun üçün nə yetişmişinfərqi vardı, nə də kalın... Əlini hansı budağa,hansı şaxa uzadardısadürtüşdürərdi qoyun-qoltuğuna...

Nizibalaali təhsililni başa vurub bankda işəbaşladı.Pul götürməyə gələnlərdəngörüm-baxım umurdu.Hər şeydən əliüzüləndə:"Mənə bir piti alın!"-deyərdi.

İllərsonra onu daha bir məsul vəzifəyə təyinetdilər...Burada işə başladığı gündən yenə də öz "metoduna" sadiq qaldı... İşçilərdən ona nə qədərgörüm-baxım eləyirdilərsə də,gözü doymurdu ki,doymurdu...

Günlərin birində o, Amil adlı şöbə müdirini tora salmaq fikrinədüşdü...Buna görə də ürək qızdırdığı işçiləri tək-tək yanına çağırır,onlardanhəmin şöbə müdirinə qarşı izahat toplayırdı.

Bir gün o,Vüqar adlı işçini də yanına çağırdı:

-Vüqar,sənAmilə qarşı bir izahat yaz ver.Danışmışam, rüşvətxor kimi ona qarşı prokurorluqqarşısında iddia qaldıracağıq. Mənə siqnal çatıb ki,o,rüşvətxordur.

Vüqaretiraz etdi:

-Nədanışırsız,cənab Doymazlı!?O heç zaman məndən rüşvət istəməyib.Özü də çoxvicdanlı adamdır.

-Yox,izahatyazmalısan!

-Yaxşı,sabahyazıb gətirərəm...

...Səhərigün Vüqar qapını döyüb Doymazlınınkabinetinə keçdi və əlindəkikağızı stolun üstə qoydu:

-Buyurun,cənabDoymazlı!

-İzahatdırdə?..

-Bəli,izahatdır!...

-Bir oxu görüm.

Vüqar yazmış olduğu izahatı təmkinləoxumağa başladı:"Cənab N. Doymazlı!Siz məni məcbur edirsinizki,kollektivdə vicdanlı bir işçi kimi tanınan Amil haqqında böhtan yazam.Mənbunu bacara bilmirəm.Sizin dediyiniz kimi çörək yemək istəmirəm.Buna görə dəxahiş edirəm ki,məni işdən azad edəsiniz..."

Doymazlıalınan kimi oldu.Qaynar suya salınınb-çıxarılmış albuxara gavalısı kimipörtdü...Sanki öz alçaqlığını indi dərk etdi...Handan-hana gözləri qırmızıdanhürkmüş öküzün gözlərinə döndü.Ağzı köpüklənə-köpüklənə: " Bu nədir, ə!.."-deyə çığırdı.

Ancaq hərşey gec idi...Vüqar artıq kabineti tərk etmişdi...

AÇILMAYAN KİLİD

(Hekayə)

Vüqarın şəhərdə yeni kirayətutduğu evin qonşuluğunda bir gənc qadın tənha yaşayırdı.Onun mütənasib bədəni,yerişi,duruşu,gözlərininşövqü,üzünün cizgiləri elə ilk baxışdan kişilərin çoxunu günəbaxana döndərirdi.Küçədənötüb keçəndə qadınlar belə,başlarını qaldırıb yüngülvari də olsaonu gözaltı süzürdülər.Vüqarla həmin qadının arasında yeganə ünsiyyətancaq salam verib-salam almaqla bitirdi...

Vüqar bir axşam işdən evə qayıdırdı..Həyətqapısının ağzına

çatanda həminqadının küçədə narahat bir halda dayanıb böyür-başa nəzər yetirdiyinigördü.Axşamınız xeyir deyib evə keçmək istəyirdi ki,qadın onu:-"bir dəqiqəolarmı" - deyə səslədi.Vüqar səmtini dəyişib ona sarı yaxınlaşdı:

-Buyurun,xanım,eşidirəm.

-Evimin kilidi dolaşıb,aça bilmirəm.Bəlkəkömək göstərəsiniz...

Vüqar onun yaşadığı evin həyətindən ilk dəfə içəri keçdi.Açarıalıb kilidin içində sağa-sola fırladı.Eləilk cəhddənqapını aça bildi.

Qadın sevincək halda : "Sizi çoxyordum.Keçin içəri,indi sizə kofe dəmləyərəm.Özü də Braziliyakofesidir"-dedi.Ürəyindən olan bu gözlənilməz təklif Vüqara götür-qoy etməyəbelə imkan vermədi.O,içəri keçdi və stullardan birini çəkib əyləşdi.Qadın mətbəxəkeçdi.

Vüqar öz-özünə düşünürdü: "Bu cür gözəl-göyçək qadın niyə tənha yaşayır?..Bir sevib-seçdiyiyoxdurmu?..Bəlkə hələlik heç kimi bəyənmir!?" Onun fikri,xəyalı busualların qarşısında aciz qalmışdı...

Çox keçmədi ki,kofe dəmlənib ortalığa gəldi.Qadının özü də qonaqlabirgə stolun arxasında əyləşdi.Onun incə və bir qədər mülayim danışığı bayaqdanbəri otağı əsarətdə saxlayan sükutun əl-qolunu bağladı:

-Doğrudan da sizə çox əziyyət verdim.Əgər bir az da gec gəlsəydiniz,məcburidim ki,axtarıb bir usta tapım.

-O nə sözdür,xanım,bəs qonşu qonşuya nə gündə lazımdır!?Nə çətinliyinizolsa mən həmişə hazıram.

-Minnətdaram.

-Bağışlayın,adınız nədir?

-Təravət.

-Gözəl adınız var,adınız da özününzə çoxyaraşır.Mənim də adım Vüqardır.

-Çox şadam.Soruşmaq ayıb olmasın,bəs haradaişləyirsiniz?

-Elə bir yönlü işim yoxdur.Nəşriyyatda hələlikkorrektoram.Söz veriblər ki,bu yaxınlarda redaktor keçirəcəklər.

-Deməli ziyalısınız.

-Bəs siz hansı sahədə çalışırsınız?

-İngilis dili müəlliməsiyəm.

-Lap əla!Bu gün sizin ixtisasa tələbat dahaçoxdur.

Vüqar dörd-beş kəlmə kəsib,içdiyi kofeyə görəöz minnətdarlığını bildirdikdən sonra Təravətə"gecəniz xeyirə qalsın" deyibayrıldı...

Aradan bir həftə keçmişdi.Vüqar axşam çağı işdən qayıdarkən həmin qadının yenədə küçədə pəjmürdə bir görkəmdə dayanmış olduğunu gördü. Salam-kəlamdan sonraqadın həyəcanlı bir tərzdə dilləndi:

-Daha bu kilid məni xəcalət elədi.Bir dədolaşıb...Qoy bu dəfə açılsın,mütləq dəyişdirəcəm...

Vüqar artıq işinin adını bildiyindənona:"Zəhmət olmasa açarı verin"-deyərək evin qapısına doğruyaxınlaşdı.Yenə də əvvəlki kimi açarı kilidə keçirib sağa-sola hərlədi.Qapınıasanlıqla açıb açarı Təravətə qaytardı:

-Buyurun,xanim.

-Yenəsizə əziyyət verdim.Xahiş edirəm getməyin,qonağım olun.

Təravət təklifini elə bir yalvarıcı tərzdəişlətdi ki,Vüqar ikinci kərə onun stolunun arxasında əyləşməli oldu.Qadıngülümsəyə-gülümsəyə dilləndi:

-Maşınla yaxşı ət çəkmişəm.İndi sizə qutabhazırlayaram.Özünü tərifləmək olmasın ,mənim bişirdiyim qutabı hamı da bəyənir.Görəksiz də bəyənəcəksinizmi?..

-Bu cür xanım hazırladığı qutab söz yoxki,dadlı-ləzzətli olar.

Təravət qutabı ərsəyə gətirdi vəboşqabda süfrəyə qoyanda otağı xoş bir rayihəbürüdü.Vüqar elə ilk loxmadan ona öz təşəkkürünü bildirib ləzzətlə yeməyə davametdi...

Bu qonaqlıqdan heç bir həftə keçməmişdi ki,Vüqar axşam işdənevə qayıdarkən yenə də Təravətin həyət qapısının ağzında fikirli bir haldadayandığını gördü.Salamlaşdı.Qadın utancaqbir tərzdə çəkinə-çəkinə dilləndi:

-Kilid yenə də açılmır...Heçbir vaxt tapıram ki...

Vüqar gülümsəyə-gülümsəyə dedi:

-Narahatlığa dəyməz,indiaçaram.

Təravətdən açarı almaqlakilidi açmağı bir oldu...Artıq ürəyində elə hiss etdi ki,kilid də bir bəhanədir...

Təravət Vüqarı yenə də evə dəvətetdi:

-Sizi çox yordum.Heç bilmirəmki,minnətdarlığımı necə bildirim.Xahiş edirəm keçin içəri.

Vüqar daha çəkinmədən otağa keçdi və stolun başında əyləşdi.Təravətbir gözqırpımında süfrəni qaydaya saldı vəhəlim baxışlarla:"Mənə bir qutu şokalad pay veriblər.Xahiş edirəm ki,bir ondandadasınız..."-dedi və servantın gözündəkikonyak şüşəsini də gətirib stolun üstə qoydu:

-Mən içən deyiləm.Bu konyakda ad günümdən qalıb.Mən bilən şokalad konyaklayaxşı tutur.

Vüqar dilləndi:

-Onda siz də içməlisiniz,yoxsaiçməyəcəyəm.

Ani tərəddüddən sonra Təravətbaşını tərpətməklə razılığa gəldiyini bildirdi.Hər ikisi kiçik qədəhlərəsüzülmüş konyakı içdi.Artıq Vüqar da,Təravət də özlərini bir az sərbəst hissedirdilər.Beləlliklə, ikinci-üçüncü sağlıq da qeyd olundu.

Bir vaxt Vüqar hiss etdi ki,əyləşmiş olduğustulun qeyri-adi "sürüşməsi" nəticəsində Təravətlə diz-dizə,nəfəs-nəfəsədir.Bədəniartıq ehtizaza gəlirdi.Yerində qovurğa kimi qovrulurdu...Birdən özündən asılı olmayaraq əlini Təravətin yaxasına sarı uzatdı...Qadın əlləri ilə onun istəyinin qarşısına sipər çəkdi:

-Silikondur...Özünü yorma!..

Vüqar heç nə anlaya bilmədi.Sankidumanlı bir yuxu görürdü.Heyrət dolu baxışlarla üzünü Təravətə tutdu:

Heç nə başa düşmədim.silikonnədir?..

-Dayan,indi mən hamısınıdanışaram.

Beləliklə,qadın öz taleyibarədə danışmağa başladı:

-Tələbə yoldaşım bir oğlanlaailə həyatı qurmuşduq.İkimizin də təyinatımızı elə bu şəhərə vermişdilər.Həyatyoldaşım imkanlı bir ailədən çıxmışdı.Bu evi də bizə onun valideynlərialmışdılar.Lakin bu xoşbəxt günlərimizin ömrü cəmisi altı ay çəkdi. Günlərin birində döş nahiyəmdə kəskinağrılar hiss etməyə başladım.Onkoloji xəstəxanayamüraciət etmək məcburiyyətində qaldım.Bildirdilər ki,xərçəngə tutulmuşam.Təciliəməliyyat olunmalıyam.Döşümün birini kəsib götürdülər.Hələ yaramın yeri tamsağalmamış həyat yoldaşım məndən ayrıldı.Dedi ki,ev də sənə qalsın,amma daha məngedəsi oldum... Sonralar Almaniyadan onkolojixəstəxanaya qısamüddətli ezamiyyətə gəlmiş bir professorun qəbulunadüşdüm.Xəstəlik tarixçəmlə bağlı bütün kağızları nəzərdən keçirib acı-acıbaşını tərpətdi...Bildirdi ki,hər şey müalicəylə ötüb keçərmiş... Təəssüfki,artıq gec idi.Həkim naşılığı öz amansız izlərini mənim taleyimə həkketmişdi... Mən adamlar içinə çıxarkən silikondanistifadə edirəm ki,heç nə hiss olunmasın.İndi başa düşdünüzmü!?

Artıq Vüqarın hissləri üstəsu əndərilmiş bir ocağadönmüşdü.Yavaş-yavaş əli qadının əlindən ,dizi də dizindən geri çəkilirdi...Bayaqözünü od-atəş içində hiss edirdisə,indi ona elə gəlirdi ki,bədəni buzbağlayıb...

...Aradan beş-on dəqiqə keçməmişyorğunluğunu bəhanə gətirən Vüqar Təravətə"gecəniz xeyirə qalsın" deyib, sonu iztirablar üstə köklənmiş buqonaqlıqdan çıxdı və səhər obaşdan paltar-palazını da kirayə tutduğu evdənyığşırıb getdi.

Vüqar getməyə də bilməzdi...Getdi ona görəki,Təravətin qapısının kilidini asanlıqla aça bilsə də,onun taleyinin kilidiniaçmağa sinəsində elə bir ürək yox idi...