Yaralanan mülki şəxs vəfat edib
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib.
Adalet.az-ın xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib.
Qeyd edək ki, ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutuması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb.
Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi rayon Xəstəxanasında həkim nəzarəti altındadır.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur.
Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02