adalet.az header logo
  • Bakı -°C
07 Fevral 2026 09:53
77
DÜNYA
A- A+

Yaponiyanın Baş naziri bu mitinqdə iştirak edəcək

Yaponiyanın Baş naziri Sanae Takaiçi, hazırda Rusiyanın bir hissəsi olan Kuril adalarının cənub hissəsi ilə bağlı Tokio ənənəvi keçirdiyi "Şimal ərazilərin qaytarılması üçün milli mitinq"lərdə şəxsən iştirak etməyi planlaşdırır.

Adalet.az xəbər verir ki, bu barədə mitinq təşkilatçıları yerli mediaya məlumat veriblər.

Yaponiya hökumətinin 1981-ci ildə qəbul etdiyi qərara uyğun olaraq, 1855-ci ilin bu günündə imzalanmış ilk Rus-Yaponiya müqaviləsinin xatirəsinə hər il 7 fevralda "Şimal ərazilərinin qaytarılması üçün milli mitinq"lər keçirilir.

Bu nümayişlərdə ənənəvi olaraq hökumət başçısı, nazirlər, hər iki parlament palatasının hakim və müxalifət partiyalarından olan üzvləri, eləcə də cənubi Kuril adalarının keçmiş sakinləri iştirak edirlər.