Yaponiyanın 10 il əvvəlki fəlakəti: Zəlzələ və Sunami
Təbii fəlakətlər gözlənilməz olduğu üçün, eyni zamanda dəhşətli nəticələri ilə bəşəriyyəti hər zaman qorxu içərisində saxlayıb. Zəlzələlərin, çay daşqınlarının, torpaq sürüşməsinin, vulkan püskürməsinin, sunaminin, qasırğanın qorxulu tərəfi həm də odur ki, bu fəlakətlərin qarşısını ala biləcək nə elm, nə də texnika insanların istifadəsinə verilib.
Adalet.az xəbər verir ki, bəşər övladı cəmi 10 il əvvəl Yaponiyada zəlzələ və sunaminin verdiyi dəhşətlərin şokundan hələ də çıxa bilməyib.
Sunami nədir?
Sunami-okean səthində əsasən güclü sualtızəlzələ qismən vulkanik və digər tektonik proseslər nəticəsində yaranan nəhəng sudalğasıdır. Zəlzələnin gücündən asılı olaraq sunami dalğasının böyüklüyü artır və quruda yaşayan insanların yaşayışına təhlükə yaradır. "Sunami” sözünün mənası yapon dilində "liman dalğası” deməkdir. Bu termin ilk dəfə 15 iyun 1896-ci ildə Yaponiyada 8,5 bal gücündə Meiyi zəlzələsindən sonra işlədilməyə başlamışdır.
Sunaminin 80 faizi Sakit okeanda baş verir. Sunami bir dalğadan ibarət olmur, bir neçədalğalar ardıcıllığıdır. Böyük sunamidə bu dalğa ardıcıllığı bir saatdançox davam edə bilər və bu dalğaların şiddəti vəböyüklüyünün getdikcə azalacağına zəmanətverilmir. Sunaminin baş vermə səbəbidənizaltında reallaşan zəlzələlərdir.Sunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır. Sunami adətən okeanda saatda 800 - 1000 km sürətlə hərəkət edə bilir.
Dənizaltındakı zəlzələlərin sunamiyə gətirib çıxarmağı nəzəriyyəsini ilk dəfə Yunan tarixçisiTusidides, tərəfindən kəşf edilib. O bildirib ki, vulkanik partlayışlar, böyük sürüşmələr,dənizaltındakı nüvə partlayışları və tropikqasırğalar da sunami meydana gəlməsinəsəbəb ola bilər.
Rusiyanın Okeanologiya institutunun apardığı müşahidələrin nəticələrinə görə, Xəzərdə eramızın 743–1989-cü illəri arasındakı dövrdə müxtəlif şiddətli 12 sunami qeydə alınmışdır. Bunların ən güclüləri 1895 və 1933-cü illərə təsadüf etmişdir.
11 mart fəlakəti

Düz 10 il əvvəl -11 mart 2011-ci ildə Yaponiyadakı 9,0 bal gücündə zəlzələ nəticəsində baş verən sunami isə bu fəlakətin nə qədərciddi, qorxunc olduğunu və insanın təbiət qarşısında nə qədər aciz olduğunu bir dahagöstərdi. Yaponiyada baş verən və sonradan sunami ilə müşayiət olunan dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 minə çatdığıbildirilirdi. 15minə yaxın adam isəitkin düşmüş sayıldı. Fəlakət vaxtı nəhəng dalğalar "Fukusima-1” AES-ə də zərər vurub və nüvə sızıntısı baş verib. Bu, 1986-cı ildə baş vermiş Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab olunur.
Eramızdan əvvəl 1490-cı ildə Egey dənizində Santorin vulkanının püskürməsi nəticəsində Yunanıstanın minoy sivilizasiyası tamamilə yer üzündən silinmişdir. Tədqiqatçıların fikrincə, bu sunami yer kürəsinin öz oxu ətrafında cüzi əyilməsinə səbəb olmuşdu.

1883-cü ildə İndoneziya yaxınlığında Karakatu vulkanının püskürməsi nəticəsində baş vermişdir. Bu güclü partlayış sahildə 41 metr yüksəklikdə də dalğalar əmələ gətirmiş və nəticəsində Yava və Sumatra adalarının sahil şəhər və kəndləri məhv olmuşdu. Bu fəlakət 36417 insanın ölümü ilə nəticələnmişdir.
Ən güclü sunamilərdən biri yenə Sumatranın adı ilə bağlıdır. Belə ki, 26 dekabr 2004-cü ildə saat 00.58.55-də 9 ballıq zəlzələ ilə başlamaqla İndoneziyanın Sumatra adasının şimali qərbində baş vermişdi. Dəhşətli sunami dalğaları bir an içərisində Hind okeanı sahillərində yerləşən 9 dövlətə ciddi iqtisadi ziyan vurmaqla, təxmini sayı 230 minə yaxın insan tələfatına səbəb olmuşdu.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

