Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərlə hücumlar həyata keçirilib. Əsas zərbə cənub bölgələrdəki və Odessa vilayətindəki enerji infrastrukturuna yönəlib. Hücum nəticəsində Odessa vilayətində iki nəfər yaralanıb, ölkə üzrə onlarla mülki obyektə ziyan dəyib.
Kirovoqrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərində minlərlə ailə elektriksiz qalıb. Zərbələr həmçinin Dnepropetrovsk və Çerkassı vilayətlərində də qeydə alınıb.
Prezident vurğulayıb ki, aidiyyəti xidmətlər elektrik və su təchizatının bərpası üzərində işləyir.
Digər Xəbərlər
23 Yanvar 2026 23:59
Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO
23 Yanvar 2026 23:21
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
23 Yanvar 2026 23:07
Trampa qarşı çıxmayın, hər şeyi itirə bilərik - Meloni
23 Yanvar 2026 22:57
ABŞ-ın Suriyada qalması üçün bir səbəb yoxdur - Hakan Fidan
23 Yanvar 2026 18:00
Əbu-Dabidə nə edəcəyimizi bilirik - Zelenski
23 Yanvar 2026 17:45
Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
23 Yanvar 2026 11:24
2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri – FOTOLAR
23 Yanvar 2026 10:14


Bakı -°C

