Yaponiyada peyvənd olunan xanım vəfat etdi
Yaponiyada 60 yaşlı qadın koronavirus peyvəndi olunandan sonra vəfat edib.
Adalet.az metbuat.az-a istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, qadın "Pfizer/BioNTech" peyvəndi olunandan 3 gün sonra beyin qanaması nəticəsində dünyasını dəyişib.
Onun ölüm səbəbi ilə peyvənd arasında əlaqənin olub-olmadığı araşdırılır.
Hökumətdən isə bildirilib ki, ilkin müayinələr qadının ölümü ilə peyvənd arasında əlaqənin olmadığını göstərir.