adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 May 2024 13:48
702
DÜNYA

Yaponiya Patriot ZRK-ların Ukraynaya verilməsini istəmir

Tokio ABŞ-ın lisenziyası ilə istehsal etdikləri Patriot zenit raket komplekslərini Vaşinqtona bir şərtlə verməyə hazırdır, bu komplekslər üçüncü ölkələrə, xüsusilə də Ukraynaya verilə bilməz.  Bu barədə Yaponiyanın müdafiə naziri İsunori Onodera bəyan edib.

 "Patriot zenit raket kompleksləri ABŞ-a, yalnız bu komplekslərin üçüncü dövlətlərə, o cümlədən Ukraynaya verilməyəcəyi barədə rəsmi sənədlərin alınmasından sonra ixrac oluna bilər"- deyə Yaponiyanın müdafiə naziri bildirib.

 Rusiyanın Yapiniyadakı səfiri Nikolay Nozdrev, Tokioya Patriot ZRK-ların Ukraynaya verilməsinin ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 Birləşmiş Ştatlar son vaxtlar  ücüncü dölətləri Ukraynaya silah-sursat göndərməyə təhrik edir. "Sem dayı" deyəsən "ilanı Seyid Əhmədin əli ilə tutmağa" çalışır...

  Rüstəm Hacıyev