adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 May 2020 22:49
16736
DÜNYA

Yaponiya korona peyvəndinin sınağına başlayır

Yaponiya yeni tip koronavirusa qarşı peyvəndin hazırlanması üçün iyulda kliniki sınaqlara başlaya bilər.

Adalet.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Şinzo Abe deyib.

O bildirib ki, Tokio Universiteti, Osaka Universiteti və Milli Yoluxucu Xəstəliklər İnstitutu da daxil olmaqla, müxtəlif qurumlar peyvəndin hazırlanması ilə bağlı işlərini davam etdirir.

Baş nazir, həmçinin bildirib ki, Yaponiya hökuməti pandemiyanın müalicəsində "Aviqan” dərmanından istifadəni bu ayın sonuna kimi təsdiqləməyi planlaşdırır.