adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Dekabr 2019 10:07
10422
MƏMLƏKƏT

Yanğına görə yol bağlandı, avtobuslar gecikir

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərdən zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik", -deyə məlumatda qeyd olunub.