"Yağların heç birində sağlamlığa təsir edəcək təhlükəli hal aşkarlanmayıb" - Agentlik sədri
Ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri bildirib ki, istər idxal edilən, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir: “Ona görə də istənilən ekspertizaya getməyə hazıram. Hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışır. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.
Q.Təhməzli qeyd edib ki, trans yağın iribuynuzlu heyvanın orqanizmində göstəricisi 2 %-dir: “Dünyada və Azərbaycanda bu, 2 %-lik əmsalla ölçülür. Bəzi “ekspertlər” bu göstəricinin yüksək olduğu deyilir. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Hətta bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Bu cür insanlara açıq şəkildə deyirəm ki, ölkədə istənilən ticarət şəbəkələrində satılan yağların ekspertizinasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertiza etməyə hazıram”.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13


Bakı -°C

