YAĞIŞLAR YAĞDI…
Deyirlər ki, builki kimi ölkəmizə yağış yağmayıb. Hətta Zaqatala, Balakən, Qəbələ, Şəki bölgəsinə 3 ayda yağmalı olan yağış bir gündə yağıb. Bu isə müxtəlif fəsadlara, eyni zamanda selin gəlməsinə, təsərrüfatların və evlərin su içində qalmasına səbəb olub. Bir neçə gün bundan əvvəl yağan güclü leysan yağışdan sonra Astara rayonunda çox ağır hadisələr baş verib. Belə ki, evləri və təsərrüfatları sel suları basıb, bir neçə körpünü dağıdıb, mal-heyvan, toyuq-cücə sel sularının içində qalıb.
Gecə saatlarında yağan yağışların nəticəsi sözün həqiqi mənasında insanlar üçün ağır olub. Hətta iki mərtəbəli evlərin birinci mərtəbəsi su altında qalıb. Bir sözlə, əlaqədar qurumlar leysan yağış yağmamışdan və sel gəlməmişdən öncə qabaqlayıcı tədbirlər görməlidirlər. Təəssüf ki, onlar bu qabaqlayıcı tədbirləri vaxtında görmür və nəticədə isə belə çətin anlar yaşanır…
EMİL FAİQOĞLU
Digər Xəbərlər
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

