adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2015 14:07
50312
RUBRİKA

“Yadların doğma sözü”

Başqaxalqların adət-ənənələri, folkloru, mədəniyyəti  həmişə insanları maraqlandırıb. Bəzən sadəcəoxuyub zövq almaq üçün, bəzən də öyrənmək, maariflənmək üçün başqa millətlərin sözehtiyatlarından yararlanmışıq. Sərhəd bilməyən söz selinin qarşısını nə zaman,nə düşmənçilik, nə qadağalar ala bilməyib. Xalqların illərdən bəri topladığısözün dibsiz quyu kimi sonu görünməyib. Bütünbunları nəzərə alaraq, Adalet.az-da "Yadların doğma sözü” adıaltında dünya xalqlarından seçmə atalar sözləri təqdim edəcəyik.

İlkolaraq – yəhudilərdən başlamaq istədik.  Qədim İsrail çarlığında yaşamış əhalidənyaranan xalqdır. İsraildən başqa faktiki olaraq dünyanın bütün ölkələrindəyaşayırlar. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-iİsraildə, 35%-i isə ABŞ-da yaşayır. Ənənəvi dini iudaizmdir. Yəhudilərin əksəriyyətiyaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdədanışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudidilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Müdrik xalqdır,  təsəvvüredin: yəhudilərin IQ-sü digər etnik qruplardan altı dəfə böyükdür. Yəhudilər təkcə 20-ci əsrin ikinci yarısında ədəbiyyat,tibb, fizika və kimya sahəsində əldə olunan Nobel mükafatının 29 faiziniqazanıblar. Bu əsrdə həmin nisbət 32 faizə çatıb. Elə isə bu ağıllı xalqın nədüşündüyünü öz fikirlərindən bilək:

 

• Pis həyat yoldaşı pis yağışdan dahabetərdir. Pis yağış insanı evə qovur, pis həyat yoldaşı isə evdən qaçmağaməcbur edir.

• Qoy Tanrı səni pis qadınlardanqorusun, yaxşılardan isə özün xilas ol!

• Kişilər daha çox iş görərdi, əgərqadınlar daha çox sussaydı.

• İçki gəldi – sirr getdi

•  Şirin olma – yoxsa səni yeyərlər.Acı olma – yoxsa səni tüpürərlər. 

• Adəm ilk bəxtəvər kişidir, çünki qayınanasıolmayıb.

• Tanrı insana iki qulaq və bir ağızverib ki, o da az danışsın və daha çox dinləsin.

•  Tanrı eyni zamanda hər yerdəola bilməz, ona görə də anaları yaradıb.

• Tanrı mənə ayağa qalxmağa kömək et.Yıxılmağı mən özüm də bacararam.

• Tanrı kasıbları ən azı bahalıgünahlardan qoruyur.

• Pulsuzluğun acısı daha betərdir,nəinki pullu olmağın sevinci.

• Əgər problemi pul vasitəsi ilə həlletmək olarsa, onda bu problem deyil, sadəcə məsrəfdir.

• Qonaq da balıq kimidir, 3 gündənsonra iylənməyə başlar.

• Keçidən qabaq, atdan isə arxa tərəfdənqorx. Axmaqdan isə bütün tərəflərdən.

• Valideynlər uşaqlara danışmağı,uşaqlar isə valideynlərə susmağı öyrədir.

• Uzaqdan heç bir insan pis deyil.

• Uşaqları olmayanlar, onları yaxşıtərbiyə edir.

• Təcrübə - insanların öz səhvlərinə don geyindirmək üçün istifadə etdiyi sözdür.

• Qocaldıqca insan sadəcə daha pis,amma daha çox görür

• Yer kürəsini məhv edən insanların çoxluğu deyil, insanlığını itirmişlərolacaq.