adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Iyul 2019 16:48
22746
ƏDƏBİYYAT

YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ,

Gənctərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm.İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrəmütəxəssisdir. Düşünürəm ki, «Ay işığı» adı ilə nəşr olunan nəsr kitabı onun ilkuğuru kimi yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə görə. Əvvəla, tərcümə işinəgəncliyindən başlamaqla bu sahənin ustadına çevrilmək imkanları hələ qarşıdadır.Üstəlik də hələ bu işə sevərək, öyrəndiyi dilin incəliklərinə bələd olaraq və budilin cazibəsilə sahəyə gəldiyi üçün gələcəkdə daha böyük əsərləri və demək, dahaqüdrətli sənətkarları Azərbaycan dilində danışdıra biləcək.

MəmmədMəmmədli müstəqqillik dövrünün yetirməsidir. 2004-cü ildəAzərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. Əməli fəaliyyətdövründə isə ispan xalqının mədəniyyətini, tarixini və ən başlıcası, ədəbiyyatınısevə-sevə öyrənib, inadla sahə bilgilərinin dərinliklərinə can atıb.

Burada yerinə düşür ki, geniş imkanlar açılmasına baxmayraqtərcümə problemləri ilə bağlı bir-iki məqama diqqət yetirək.

Kimsəyə sirr deyil ki, bizim nəsil - öz həmyaşıdlarımı nəzərdə tuturam – dünya ədəbiyyatınarus dili vasitəsilə daxil olub. Başqa sözlə, dünya ədəbiyyatının şah əsərləri (vədemək olar ki, bütün əsərləri) rus dilindən Azərbaycan dilinə çevrilib. Don-Kixotuda, Jan Valjanı da, Ovodu da, Qorio Atanı da… bu yolla tanımışıq. Məşhur əsərlərinqəhrəmanlarını görkəmli tərcümə ustadları Azərbaycan dilində elə danışdırıblar ki,biz onları sevmişik. Həmin əsərlər haqqında ədəbi düşüncələrimizi də doğmsalıqlaifadə etməyə çalışmışıq. Təəssüf ki, bu zaman az qala katorqa əməyi qədər çətinolan tərcümə işinin ustadlarını bircə xoş sözlə də yad etməmişik, yaxud nəsə deyəndədə xəsislik göstərmişik. Nəhayət, zaman dəyişdi…Sovet düşərgəsi sərt qadağaları ilə tarixə gömüldü. Xalqlar bir-birinə qapı açdılar.Çox sevirinəm ki, bu gün nəinki artıq həyatımıza daxil olmuş Avropa dillərindən,hətta Çin, yapon, hind, eləcə də digər bizə çox yad olan Asiya xalqlarının dillərindənbədii tərcümələr Azərbaycan dilində işıq üzü görür.

Öndə olan əsgərin öz səhvlərini düzəltməsi çətin olur.Amma bu səhvlər onun fədakarlığının üzərinə kölgə sala bilmir. Ola bilsin ki, ispandilindən tərcümələrlə təcrübəsi olan yazarlarımız var. Ancaq hər halda hərbir gəncin bu sahəyə gəlişi yeni addımdır və yeni təfəkkürdən xəbər verir.

MəmmədMəmmədlinin yaradıcılıq istəyi ilə tərcümə fəaliyyəti göstərir ki, bu işə yaradıcılıqzövqü ilə yanaşma daha üstün fayda verər.

Ancaqtərcümə işinə dövləti əhəmiyyəti olan bir sahə kimi diqqət göstərilməsi də vacibdir.Gənc tərcüməçilərə sərbəst işləmək üçün şərait yaradılması dövrümüzün tələbidir.Doğrudur, dövlət təminatında olan Tərcümə Mərkəzi fəaliyyət göstərir. Ancaq bu işisırf yaradıcılıq istəyi ilə öz üzərinə götürmüş gəncləri də diqqətdən kənarda qoymaqolmaz. Sərbəst tərcüməçilik fəaliyyətilə məşğul olan gəncləri istiqamətləndirmək,onların tərcümə kitablarının təqdimatlarını keçirmək, müzakirələrini təşkil etməkdə fayda verərdi.

«Ayişığı» kitabında toplanmış povest və hekayələr məndə belə bir təsəvvür yaratdı ki,Məmməd insan psixologizminin dərinliklərinə varmağa çalışır. Xüsusilə, fəlsəfi təfəkkürüqabarıq olan yazıçıların əsərlərinə üstünlük verir. «Ay işığı» kitabında XavierSerkasın «Təhrik» povesti, Qustava Adolfa Bekkerin «Ay işığı», İ.Ayendenin «Ümidsizsevgi məktubları», B.B.İbanyezin «Məhkum olunmuş qadın», «Mavrin qisası», «Dənizdə»,X.Rulfonun «Alovlu gecə» hekayələri yer alır. Bir müşahidəmi də qeyd etmək istərdim;bu nəsr əsərləri bir ümumi xətdə birləşir – həyatın fəlsəfi dərki məsələsində. Buda Məmmədin seçdiyi yolda çətinlikdən çəkinməməsi, özünə inamı ilə bağlıdır. XaviyerSerkasın «Təhrik» povestinin əvvəlində belə bir epiqraf verilir: «Latınca belə bir ifadə var: «Zibillikdən dişiilə qızıl çıxartmaq». Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən dəonlar kimiyəm. Məqsədimə çatmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz».(Qustave Flaubertin Louis Koletə məktubundan).Bu epiqrafı nə üçün diqqətə çəkirəm? Yəqin ki, elə əsərin əvvəlində də bu epiqrafvar. Ancaq mən burada tərcüməçinin öz işinə inadlı münasibətini, inamıni və qətiyyətinidə görürəm. «Təhrik» povestində təqribən belə bir fikir ifadə olunur ki, insan özhəyatını təzədən yaşaya bilməz. O, yaşadığı həyatdakı səhvləri ilə bütövdür. Ancaqhər halda yaşanmış həyatdan çıxarılan nəticələr insanın gələcəyə ötürdüyü ibrətelementləridir. Müəllif əsərin fəlsəfi mahiyyətini qabarıq verdiyi üçün çox gümanki, aborigen dildə də yazısını ağır üslubda təqdim edir. Oxudan sonra məndə beləbir qənaət yarandı ki, tərcüməçi də bu ağırlığı öz işində qoruyub-saxlaya bilib:«Alvaro öz işinə ciddi yanaşırdı. Hər gündüz saat səkkizdə yuxudan qaldırdı. Soyuq duş qəbul etdikdən sonra çörək və qəzetalmaq üçün aşağı – supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmışçörək hazırlayır, radioya qulaq asa-asa qəzet oxuyur, mətbəxdə səhər yeməyi yeyirdi.Saat doqquzda isə o, artıq işdə olurdu...»

MəmmədMəmmədlinin tərcüməçi kimi imzası çoxdan görünür. Mən deyə bilmərəm ki, ilk tərcümələrinecə olub, ədəbi mühit necə qarşılayıb?.. Ancaq hiss olunur ki, «Ay işığı» kitabınatoplanmış hekayələrin dilində artıq bir səlistlik var. Sanki söz-sözü çəkib gətirir.Qustava Adolfo Bekkerin «Ay işığı» hekayəsi belə bir cümlə ilə başlayır: «Bilmirəm,danışacağım əhvalat hekayəyə, yoxsa, əksinə, hekayə əhvalata oxşayır. Bircə onudeyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır». Sanki yazıçının özü danışır. Sözlər nitqdə ilişmir.Və məntiq cümlənin quruluşunda öz hökmünü qoruyur. Tərcüməçi müəllif şərhinə o qədərdoğma, istiqanlı yanaşır ki, sanki biz bir-birinə qovuşmuş ruhların səsini dinləyirik: «Başqası bu ideyanı götürüb bəlkə də, kədərlədolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinəvarmasınlar, sadəcə, bir az əylənib vaxt keçirə bilsinlər». Şübhəsiz, buradamüəllifin məqsədi oxucusunu əsəri qavramağa hazırlamaqdır. Tərcüməçi də yazıçınınməqsədini başa düşdüyündən onun şərh üslubunu qoruyub saxlaya bilmişdir.

Bizhəmin düşüncə tərzini yazının sonunda da, tərcüməçinin dil yumşaqlığında da görürük:«Manrike dəli olmuşdu. Ən azından hamı onunbarəsində belə fikirləşirdi. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, o, yuxudanayılmışdır». Məmməd Məmmədli tərcümə üçün seçdiyi əsərlərdə o ideyanı görürki, onun özü də bu ideyanı cəmiyyətə ötürmək istəyir. Və bu da ona imkan verir ki,düşüncəsini kompleks şəkildə hərəkətə gətirə bilsin, yazıçının düşüncə sisteminəvara bilsin. Onun düşüncəsinin alt qatlarına enə bilsin.

İsabelAyendenin «Ümidsiz sevgi məktubları» hekayəsi də maraqla oxunur. Başlanğıca diqqətedək «Analia dünyaya gələndə anası qızdırmadanvəfat etmişdi. Və iki həftədən sonra atası buna dözməyərək özünü tapança ilə sinəsindənvurdu». Ancaq mənə elə gəlir ki, müəllif cümlənin əvvəlindəki zaman mahiyyətinisonunda da qorumalı idi. Yəni «vurdu» yox, «vurmuşdu» şəklində yazmalı idi. Bu hekayədədə müəllif dəst-xətti tərcüməçinin seçimində öz yerini alır.

MəmmədMəmmədli «Ay işığı» kitabında Visente Blaska İbanyezin üç hekayəsinə yer verib.

«On dörd aydı ki,Rafael həbsxananın bir dar otağında cəza çəkirdi». Bu, «Məhkum olunmuşqadın» hekayəsinin ilk cümləsidir. Bizdə də beləcə işlənir. Bir ildir ki, gözə dəymir,on ildir ki, görmürəm… yəni tərcüməçi ispan dilindən aldığı informasiyanı Azərbaycandilinin canlı ifadə tərzinə oturda bilir.

Məmmədöz tərcüməsində səhnəni canlandıra bilir. Müəllif təhkiyəsi ilə obrazların nitqibir-birinə qarışmadan aydın düşüncə elementi kimi görünür: «Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

- Yaxşı, öldürməyinonu… İndi rahatam. O, xilas olundu, bəs mən?

Uzun sürən sakitlikdən sonra öz-özünə danışırmış kimi əlavə etdi:

- İndi məhkum olunan bədbəxt mənəm…»

Təkcə elə bu bir parçanı Məmməd sanki həmin mənzərəni müşahidəedərək çevirib. Görünür, tərcümə işində əsas şərtlərdən biri də tərcüməçinin hadisələriniçərisinə psixoloji cəhətdən daxil ola bilməsi ilə də bağlıdır.

Nümunə gətirilmiş mətndə bir ifadə diqqətimi çəkdi. Düşünürəmki, tərcüməçi «nifrət dolusu baxışlarla» yox,eləcə, «nifrət dolu baxışlarla» yazsaydı, daha dəqiq olardı. Doğrudur, «gözü dolusu»ifadəsi var dilimizdə. Amma «nifrət dolusu» ifadəsini işlətmirik, «nifrət dolu baxışlar»işlədirik. Belə səhvlər və xətalar təcrübənin müddətindən asılı olaraq zaman-zamanaradan qalxır. Həm də tərcüməçi daha iri, geniş həyat hadisələrini əks etdirən əsərlərəmüdaxilə etdikcə, yəni tərcümə fəaliyyətini genişləndirdikcə, doğma dilin alt qatlarınaenə bilir, dili bütün canlılığı ilə öz varlığında hiss edir. Əməli fəaliyyət zamanıqarşıya çıxan çətinlikləri fəhmi və düşüncəsi ilə həm də dəqiqliklə aradan qaldırabilir.

Düşünmək olar ki, Məmməd Məmmədlinin daha irihəcmli əsərlərənüfuz etmək imkanı və potensialı var.

«Mavrin qisası»hekayəsinin qəhrəmanı Marietanı müəllif müxtəlif vəziyyətlərdə tanıdır. Tərcüməçinindilə bələdliyi ayrı-ayrı məqamlardakı ab-havanı obrazın təbiətinə uyğun verməsindəözünü göstərir: «Marieta ilk baxışdan həyatındanrazı və sakit görünürdü. Əhvalı qəmgin olsa da, necə də gözəldi, sanki şahzadəydi.Onu görənlər qızın cazibədarlığı qarşısında heyran qalırdılar». Tərcüməçi Azərbaycandilindən gələn emosiyanın təsiri ilə «sanki» sözünün yerinə «elə bil» ifadəsinidə işlədə bilərdi. Bəlkə də, bu, mahiyyəti bir az da qabardar, obrazı bir az dacanlandırardı.

Kitabda bu cür, yerində səslənməyə ifadələrə, sözlərə rastgəlmək olar. Ancaq bütün bunlar Məmmədin tərcümə işinin üstünə kölgə sala bilmir.«Uşağı hürkmüş qarınını qucağında alanda çoxkövrəldi. – Yazıq balam, - deyərək körpəni öpdü».

«Hürkmüş» sözünün əvəzinə «səksənmiş, diksinmiş» sözləridə işlədilə bilərdi. Adətən, «hürkmək» sözünü azərbaycanlılar heyvanlarla bağlıişlədirlər.

«Dənizdə» hekayəsinin başlanğıcı: «Günorta saat iki idiki, birdən qapı döyüldü». Az qala düşünürsən ki, ispan yazıçısı cümləni elə beləcə,Azərbaycan dilində yazıb. Xon Rulfonun «Alovlu gecə» hekayəsi demək olar ki, dialoqlarüstündə qurulub. Tərcüməçi dialoqların orijinaldakı lakonikliyini, yığcamlığınıqorumağa çalışıb.

Kitab halında Məmməd Məmmədlinin tərcümə debütü… Gedişləri,düşüncə orijinallığı, seçdiyi dilə doğmalığı aydın görünən bir debüt… Endşpiləcən hələ çox yol var… Və Məmmədinbu yolu uğurla gedəcəyinə inanmaq olar.

«Ayişığında» kitabının bədii tərtibatı gözoxşayandır. Şrift seçiminə diqqət edilsəydi,oxucunun gözünü oxşama tələbatını da ödəyərdi. Bir də onu qeyd etmək istəyirəm ki,tərcüməçi seçim elədiyi müəlliflər haqqında kitabın sonunda qısa məlumat-xronikalarıversəydi Azərbaycandilli oxucu üçün maraq doğurardı. Şübhəsiz, tərcüməçi seçdiyiyazıçıların həyat və yaradıcılıq yolları haqqında kifayət qədər geniş məlumata malikdir.Nəzərə almalı idi ki, əsas oxucu kütləsi belə məlumatlardan xəbərsizdir.

Yaradıcılıqdabu da var ki, müəllifin həyatı və yaradıcılığı haqqında qısa məlumat onun əsərinidərk etməyə vəsilə olur, kömək edir.

Bütünbunları Məmməd Məmmədlinin gələcək işlərində diqqətdə saxlaması üçün deyirik.

İspanədəbiyyatından örnəkləri dilimizə çevirmək zəhmətini öz üzərinə yaradıcılıq istəyiilə götürmüş tərcüməçinin zəhməti, şübhəsiz, çox təqdirəlayiqdir.

Tərcüməçinintəqdim elədiyi kitaba «Ay işığı» hekayəsinin adını verməsini də təsadüfi hesab etmirəm.Həyat hadisələrinin sənətdə əks olunması, bir sözlə, sənətin həyatın güzgüsü olmasıhaqqındakı fikir nə qədər qəbul olunmuş düşüncə olsa da, burada bir şərtilik görürəm.Çünki həyat o qədər zəngin, o qədər təkrarsız, bənzərsiz və çoxşaxəlidir ki, onunbütövlükdə bədii əsərə gətirilməsi, şübhəsiz, məcazi xarakter daşıyır. Sənət isəbir növ həyatdakıların ay işığında görünən tərəfləridir.

Düşünməkolar ki, Məmməd Məmmədli həyat və sənət qarşılaşmasında öz mövqeyini «Ay işığı» adında ümumiləşdirə bilib. Kitab «Ulduzlu nəşrlər»seriyasındandır və Azərbaycan Yazıçılar Birliyi ilə «Ulduz» jurnalının birgə layihəsiolaraq işıq üzü görüb. Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir.«Təhsil» nəşriyyatında bu il işıqlığa çıxmış «Ay işığı» kitabı ilə Məmməd Məmmədlihəm tərcüməçi, həm də nasir kimi inamlı addımını təsdiqləyib.

Əvvəldəqeyd etdiyim kimi, Məmmədin ədəbi dərgilərdə orijinaldan tərcümə müəllifi kimi imzasıədəbi mühitə kifayət qədər tanışdır. Və ədəbi mühit Məmmədin imkanlarından istifadəedə bilər. Ədəbi əlaqələrdə digər xalqların həyatına yazıçılarımızın müraciət etməsitəbiidir. Şübhəsiz, bədii əsərlərdə haqqında söhbət gedən xalqın koloritini qorumaqüçün dialoqların, ayrı-ayrı etnoqrafik qeydlərin həmin xalqın dilində verilməsiəsərin təsir gücünü daha da artırır. Və bu zaman, şübhəsiz, Məmməd kimi tərcüməçilərdə yada düşür.

Məmmədziyalı mühitində böyüyüb. Necə deyərlər, sözün əhatəsində dünyaya göz açıb və onunsözün qoxusunu bilməsini də təbii qəbul etməliyik.

Tərcüməyaradıcılıqdır, özü də ciddi yaradıcılıq! Kifayət qədər çətinliyi və əzabları iləbirgə.

MəmmədMəmmədlinin tərcüməçilik fəaliyyətinə təsadüfi gəlmədiyini «Ay işığı» təsdiq edir.


Əli Rza XƏLƏFLİ,

şair-publisist,

BeynəlxalqRəsul Rza

mükafatılaureatı