adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 08:44
68
SİYASƏT
A- A+

“Ukrayna danışıqlar prosesindən imtina da edə bilər”

“Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbi qüvvələri Krıma gedən Melitopol–Cankoy magistral yolunda Rusiyanın logistikasına dronlarla zərbələr endirib”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, Ukrayna PUA-ları düşmənin əməliyyat dərinliyində genişmiqyaslı bir sıra zərbələr endirərək 60-dan çox vacib hədəfi məhv edib:

“Əməliyyatın əsas nəticələri:

Krım: Üç Orion hücum dronu, Pantsir-S1 hava hücumundan müdafiə sistemi, S-300 sistemi, Nebo-U radarı və ZU-23-3 zenit qurğusu məhv edildi. 

Kerç İstilik Elektrik Stansiyasındakı neft anbarlarına, Simferopol qaz paylama stansiyasına və Qərbi Krım elektrik yarımstansiyasına zərbələr endirildi.

Donbas və cəbhə zonaları: 

Debaltseve yaxınlığındakı 4-cü Əlahiddə Motoatıcı Briqadanın PUA təlim poliqonu və Qorlivkada yanacaq daşıyan maşınlar məhv edildi.

Logistika: 

Zaporojye bölgəsində və bir sıra digər bölgələrdə Rusiyanın nəqliyyat qovşaqları və təchizat karvanları effektiv şəkildə vurulub. Rusiya üçün bu il çətin olacaq. Ukrayna danışıqlar prosesindən imtina da edə bilər”.

Vasif