“Bu qurum "Cəbhə" sözününün mənasını o qədər gözdən saldı ki...”
“Zamanı düzgün qiymətləndirmək lazımdır, çünki zaman insanın ömrüdür və zamanı qiymətləndirmək ömrə dəyər vermək deməkdir. Buna görə vaxtı boş yerə itirməmək, məqsədli yaşamaq, prioritetləri düzgün müəyyənləşdirmək və həyatın hər anını faydalı şəkildə dəyərləndirmək əsasdır. Bu müsbət insani keyfiyyətləri özündə cəmləşdirə bilən insan zamanın ələyindən rahatlıqla keçir və məqsədli bir şəxs kimi həyatda yaşamaq hüququndan layiqincə istifadə edir”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bu hüquq lazımsız məşğuliyyətlərə sərf edildikdə isə zaman əldən çıxır və onu bir daha geri qaytarmaq mümkün olmur:
“Bu gün çox təəssüf ki, müxtəlif cəbhələrdə zamanın dəyərini qiymətləndirə bilməyən insanlar mövcuddur. Lakin onlar düşdükləri mövcud vəziyyətdən çıxış yolunu özlərində deyil, kimlərisə günahlandırmaqda görürlər. Bacarıqsızlıqlarına və çatışmazlıqlarına haqq qazandırmaq üçün böhtan, şantaj və şər kimi vasitələri işə salır, nəticədə özlərini boş və mənasız vaxt itkisinə məruz qoyurlar”.
R.Hüseynov deyib ki, “Cəbhə” sözü dilimizdə aktiv şəkildə işlədilən, ərəb mənşəli və bir neçə mənaya malik anlayışdır:
“Hərbi mənada döyüş xətti, qarşıdurma və mübarizə meydanı anlamında işlənir. Coğrafi mənada “cəbhə” sözü, məsələn, hava kütlələrinin görüşdüyü xətt üçün istifadə olunur və bu, meteoroloji mənadır. Məcazi mənada da işlədilir, o cümlədən siyasi mənada da. Əslində, bu söz özü müsbət anlayışdır və bütün mənalarında faydalılıq əmsalına və zamana təsir imkanlarına görə müsbət qiymətləndirilir. Lakin biz “Xalq Cəbhəsi” adlanan bir qurumu tanıyırıq ki, bu qurum yavaş-yavaş deqradasiyaya uğrayıb və yox olmaq üzrədir. Bu qurum "Cəbhə" sözününün mənasını o qədər gözdən saldı ki, artıq heç kim həmin ifadəni işlətmək istəmir. Ərəblər bilsələr, bizə bu sözün istifadəsinə qadağa qoya bilərlər”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

