“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
İlin idman yekunları çərşivəsində cənab Prezident ənənəyə uyğun olaraq idman ictimaiyyəti ilə görüşdü. 30 ildir, ənənəyə çevrilən bu görüş, idmançıların mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin, milli ideologiyanın və strateji kommunikasiya xəttinin mühüm tərkib hissəsidir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir. Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu, idmançıların motivasiyasını və məsuliyyət hissini artırır. Cənab Prezident budəfəki görüşdə də vacib mesajlar verdi.
Təsadüfi deyil ki, bu il də Azərbaycan idmanı üçün uğurlu il kimi yadda qaldı. Belə ki, bu il də qalib ölkənin təmsilçiləri kimi idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Ölkəmiz eyni zamanda beynəlxalq idman yarışlarına ev sahibliyini də uğurla davam etdirib. Belə ki, bu il MDB ölkələrinin üçüncü Oyunları, eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da Bakının təqdimatında böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb.
Azərbaycan həm də Xizək üzrə Dünya Kubokuna ev sahibliyinə hazırlaşır. Beləliklə, ölkəmiz beynəlxalq xizək idmanının cədvəlinə düşür.
Bütün bunlar ölkəmizin imici, idman potensialının bütün dünyaya nümayişi baxımından faydalıdır.
Təkmil, beynəlxalq standartlara cavab verən infrastrukturun qurulması da idmanın inkişafına töhfə verir. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb və beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. İdmanın inkişafı həm də sağlam gənc nəslin formalaşması deməkdir. Dövlət başçımızın da söylədiyi kimi, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.
İlin ən vacib idman hadisələrindən biri də Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Ümumiyyətlə, şəhərlərin “idman paytaxtı” seçilməsi təkcə idman sahəsinə aid simvolik qərar deyil, iqtisadi, sosial, mədəni və strateji əhəmiyyətə malik hadisədir. Bu status şəhərin və ölkənin inkişafına çoxşaxəli təsir göstərir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Bütün bu uğurların kökündə dövlət dəstəyi, eyni zamanda idmanı vətənə xidmət forması kimi təqdim etmək dayanır. Bu, xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Digər Xəbərlər
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23


Bakı -°C

