“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanın azarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib.
Adalet.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, o, Köln və Barselonada keçirdikləri səfər qarşılaşmaları zamanı baş verən insidentlərin kluba ciddi ziyan vurduğunu və bir sıra cəzalarla nəticələndiyini qeyd edib.
Qeyd edək ki, “Ayntraxt” azarkeşləri Çempionlar Liqasında “Barselona” ilə səfər oyunu zamanı pirotexniki vasitələrdən istifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalar atıblar. Bununla əlaqədar UEFA Frankfurt təmsilçisinə yanvarın 21-də “Qarabağ”a qarşı keçiriləcək oyunda öz azarkeşlərinə bilet satışını qadağan edib.
Bundan əlavə, klub Almaniya Futbol İttifaqının (DFB) İdman Məhkəməsinin qərarları ilə bu il azarkeşlərin qeyri-etik davranışına görə bir neçə yüz min avro cərimə ödəyib.
“Bu məni də son dərəcə qəzəbləndirir və təbii ki, uğur təhlükə altına düşürsə, tədbir görülməlidir”, - deyə M.Bek bildirib. O, bununla yanaşı, azarkeşlərlə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Klub prezidenti fanatların davranışına görə bütün azarkeşlərin cəzalandırılmasının düzgün olmadığını qeyd edib. M.Bek klub rəhbərliyinin hazırda vəziyyətin həlli üçün konkret tədbirlər üzərində çalışdığını bildirib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

