“İstərdim ki, işğaldan azad edilmiş şəhər və qəsəbələrimizin bərpasında bu amilə...”
“Şəhərsalma və memarlıqda ən vacib şərtlərdən biri hər bir mənzilin, hər bir otağın içinə doğan günəş şüalarının düşməsidir. Diqqət yetirsəniz, görərsiniz ki, belə otaqlarda adam yorulmur, ruhən sıxılmır və oradan çıxmaq istəmir. Gün dönən kimi belə otaqlarda sərinlik yaranır. Ona görə bizim kəndlərimizdə bineyi-qədimdən evlərin hamısının üzü gündoğana olurdu ki, bütün otaqlara gün işığı düşsün. Otağa günəş şüasının, özü də məhz doğan günəş şüasının, düşməsi sağlamlıq üçün çox vacibdir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
O, bildirib ki, bu gün şəhərdə bunu bilən, başa düşən adamların sayı çox deyil:
“Cəbrayılda, Füzulidə 5 mərtəbəli evlərin sıxlığını, yəni mənzillərin günəşdən qapandığını görəndə memarların naşılığına çox üzülürəm. Batan günəşin şüası pəncərədən içəri düşdükdə xəfə yaradır. Ancaq doğan günəş adama əhval oynaqlığı verir, boğucu və yorucu olmur. Mən hələ vərəm çöplərindən-filandan danışmıram. İstərdim ki, işğaldan azad edilmiş şəhər və qəsəbələrimizin bərpasında bu amilə diqqət yetirilsin, evlər bir-birindən aralı tikilsin, küçələrin genişliyi yüz illər sonraya hesablansın, yaşıllıq üçün böyük sahələr saxlansın. Bu torpaqlarımızda əsas problemlərdən biri kəndlərin birləşdirilərək qəsəbə, şəhər halına salınmasıdır. Bu, yanlış bir şəhərsalma siyasətidir. Yurd-yuvasından didərgin düşmüş hər bir ailəyə öz dədə-baba yurduna qayıdış imkanı verilməli, evlərinin və təsərrüfatlarının bərpası üçün onlara dövlət tərəfindən maddi yardım edilməlidir. Ata-baba yurduna sidq ürəklə bağlı olan insan naxələf və nankor ola bilməz, səxavətli və xeyirxah olar. Bu məsələnin düzgün həlli bizim ölkəmizin artıq başlanmış demoqrafik probleminin də həllinə yardımçı olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

