“Azətbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır”
Azərbaycan böyük zəfərdən sonra artıq 3-cü hərbi paradını keçirdi. İlk parad 2020-ci il dekabrın 10-da qələbimizə həsr olunmuş Zəfər paradı idi. Digəri isə suverenliyin bərpasından sonra 2023-cü ilin noyabrında Xankəndidə keçirilən və nəhayət, zəfərin 5-ci ildönümünə həsr olunmuş hərbi parad. Bütün paradlar Azərbaycan dövlətinin gücünü nümayiş etdirib.Ümumiyyətlə, hərbi paradlar vətənpərvərliyin gücləndirilməsi, silahlı qüvvələrlə əhali arasında harmoniyanın qorunması baxımından da vacibdir. Parad, ölkənin silahlı qüvvələrinin texnikasını, silahlarını və şəxsi heyətin hazırlıq səviyyəsini, onların gücünü, döyüş hazırlığını nümayiş etdirir. Bu, həm də dövlətin beynəlxalq arenadakı imicinin formalaşmasında mühüm rol oynayır. Bu mənada Azərbaycan növbəti yüksək səviyyəli hərbi paradı keçirməklə güclü və qalib orduya malik olan ölkə kimi bir daha dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi.
Bu gün də Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Paradda nümayiş olunan silahlar bir daha Silahlı Qüvvələrimizin potensialını göstərdi. İstər aviasiya, istər raketlər, artilleriya qurğuları və s. ən müasir standartlara uyğun təkmilləşdirilib. Məlum olduğu kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000 nəfərə yaxın XTQ var idi. Paradda yalnız meydanda 4000 yüksək təlimli XTQ isə qüvvələrin bir hissəsidir.
Cənab Prezident bu dəfə də 44 günlük müharibədən öncəki vəziyyəti və qələbədən sonra yaranmış yeni reallıqları dünyaya bəyan etdi. Bildirdi ki, məhz Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi müharibəni şərtləndirdi. Müharibənin ilk anlarından qardaş Türkiyənin dəstəyini xüsusi qeyd edən dövlət başçımız Pakistanın da mənəvi-siyasi dəstəyinin önəmini vurğuladı.
Azərbaycan dövlətinin gücü, xalqımızın həmrəyliyi, ordumuzun hazırlığı sayəsində Azərbaycan 5 il öncə böyük zəfəri əldə etdi.
Cənab Prezident bir daha 44 günlük Vətən müharibəsi zamanı Ermənistan rəsmilərinin populist bəyanatlarını xatırlatdı. Tanklarla Bakıya gəlmək, burada çay içmək istəyənlərin məkrli niyyətinin gözündə qaldığını vurğuladı. 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, “Dəmir yumruq”la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri ilk dəfə kütləvi şəkildə 5 il əvvəl - Bakıda keçirilən Zəfər paradında gördük. 5 ildir həmin texnikalar Hərbi Qənimətlər Parkındadır. Açıq səma altında salınan nadir park Azərbaycanda ilk təcrübədir və burada düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edildiyini təsəvvür etmək mümkündür. Yəni burada Azərbaycan Ordusunun gücü bir daha aydın görünür.
Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi.
Zəfərin 5-ci ildönümünə həsr olunmuş hərbi parad ordumuzun bütün regionda sülhün və təhlükəsizliyin qarantı olduğunu bir daha sübut etdi. Ordumuzun malik olduğu müxtəliflik həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Bundan sonra nəinki Ermənistan, heç bir dövlət Azərbaycana qarşı işğal törətməyə cəhd edə bilməz. Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün yarıtmazlığı, onların milli maraqları deyil, şəxsi maraqları üstün tutması torpaqlarımızın işğalı ilə nəticələndi. Hərbi məğlubiyyətlər qaçılmaz oldu. Cəbhədə torpaqlarımız işğal olunduğu bir vaxtda Bakıda hərc-mərclik, kreslo davası gedirdi. Bu, bir daha onu göstərdi ki, dövlətlərin taleyini həm də liderlər həll edir. Güclü lider güclü dövlətin və təhlükəsizliyin qarantıdır. Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti Azərbaycanı əsas aktora çevirib.
Digər Xəbərlər
09 Noyabr 2025 14:32
Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan
09 Noyabr 2025 13:45
Ermənistanla normallaşma Azərbaycanla sinxron aparılır - Ərdoğan
09 Noyabr 2025 13:20
Üçrəngli Bayrağımız dövlətçiliyimizin simvoludur
09 Noyabr 2025 13:06
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır - Prezident
09 Noyabr 2025 13:02
Türkiyə XİN-dən Bayraq Günü ilə bağlı təbrik paylaşımı
09 Noyabr 2025 09:00
Prezidentdən Bayraq Günü TƏBRİKİ - FOTO
09 Noyabr 2025 08:33
"Ermənistan artıq sülh sazişi üçün real addımlar atır" - Ceyhun Bayramov
09 Noyabr 2025 08:20


Bakı -°C

