"Tarix boyu ən böyük savaşlar iqtisadi daralma sonrası başlayıb"
                            "Bütün dünyada, Avropada, Asiyada sosial həyat ağırlaşır. Türkiyədən, Almaniyaya, Yaponiyadan İndoneziyaya qədər iqtisadi aktivlik zəifləyir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O bildirib ki, ərzaq təminatı, əhalinin alıcılıq potensialı zəifləyir:
"Bu bəzi ölkələrdə çox sürətlə(Türkiyədə), bəzi ölkələrdə də asta-asta (Avropada) davam edir.
Dövlətlər vergi yükünü artırır, iş yerləri azalır. Dünyanın yaşam balansı sürətlə pozulur. Yaxın Şərq demək olar ki, ölü bir həyat dövründədir. Azərbaycanda da həyat səviyyəsi aşağı düşür. Əhalinin yaşaması çətinləşir. Belə olan halda daşınmaz əmlak və qızıl alışları sürətlənir. Həm dövlətlər, həm də əlində vəsaiti olan insanlar daşınmaz əmlak və qızıla yatırım edir.
İqtisadi analitikada qızıl qayda var - əgər cəmiyyətdə sosial çətinlik yaranırsa, o zaman narkotik ticarəti, oğurluq, soyğunçuluq, dələduzluq kimi kriminal meyillər artır.
Dünyada da bu belədir. Tarix boyu ən böyük savaşlar iqtisadi daralma sonrası başlayıb. Dünya yenilənmək üçün böyük bir savaşa doğru gedir. Texnalogiya savaşlarında artıq yeni iri oyunçular meydana gəlib. Çin artıq Avropa və ABŞ-a rəqib ola bilib.
Lakin bu texanloji savaşlar bazarı da doydurub. Çin bazardan ənənəvi Avropa və ABŞ nəhənglərini sıxışdırır, onların payına ya şərik olur, ya da təmamilə əllərindən alır...
İndi yalnız ərzaq, zəruri yaşam şərtlərinə cavab verən adi sdandartlar uğruunda savaş gedir. Və bu savaşda böyük oyunçular böyük maraqlar uğrunda dünyanı savaşa çəkə bilər.
Birinci və İkinci Dünya Mühariblərərindən fərqli olaraq daha böyük fəlakət yaşana bilər".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
        
        04 Noyabr 2025 15:18
    
    "Xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir” - Mikayıl Cabbarov
        
        04 Noyabr 2025 13:45
    
    "Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat
        
        04 Noyabr 2025 13:38
    
    "Pulların bu formada xərclənməsi düzgün deyil" - Deputat ezamiyyələrin azaldılmasını təklif etdi
        
        04 Noyabr 2025 12:56
    
    "İcmal büdcənin yuxarı həddi dəyişdirilməlidir" - Palata sədri
        
        04 Noyabr 2025 12:38
    
    Sadələşdirilmiş vergi limitinin 400 min olması təklif olunur
        
        04 Noyabr 2025 12:33
    
    "Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək" - AMB sədri
        
        04 Noyabr 2025 12:16
    
    Nazir 7 illik vergi güzəştinin ləğvindən danışdı: "Bu, asan müzakirələr olmayıb"
        
        04 Noyabr 2025 12:14
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            