adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2025 14:44
67
MARAQLI
A- A+

Beynimizi vaxtından əvvəl qocaldan gündəlik vərdişlər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, şüuraltı olaraq qəbul etdiyimiz bəzi gündəlik vərdişlər beyin sağlamlığına mənfi təsir göstərə və vaxtından əvvəl qocalmaya səbəb ola bilər.

Gündəlik vərdişlərimiz yalnız bədənimizə deyil, həm də beynimizə birbaşa təsir göstərir. Mütəxəssislərin firincə şüuraltı olaraq qəbul etdiyimiz bəzi davranışlar beyin sağlamlığına mənfi təsir göstərə və vaxtından əvvəl qocalmağa səbəb ola bilər.

Adalet.az həmin vərdişləri təqdim edir:

Kifayət qədər sosial qarşılıqlı əlaqənin olmaması

Yaşlandıqca sosial dairəmiz kiçilir. Həkimlər bildirir ki, yeni insanlarla tanış olmaq beynimizdəki neyron əlaqələrini gücləndirir. Güclü sosial dairə həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də demensiya riskini azaldır.

Eyni şeyləri təkrar-təkrar etmək

Eyni şeyləri təkrar-təkrar etmək beyni tənbəlləşdirir. "Artıq yeni bir şey öyrənməyə ehtiyacım yoxdur" demək beyin sağlamlığını sabotaj edir. Öyrənmək istəyini canlı saxlamaq zehni qocalmanı ləngidir.

Həddindən artıq stress

Xroniki stress həm fiziki, həm də zehni sağlamlığa mənfi təsir göstərir. Uzunmüddətli stress beyin hüceyrələrinə zərər verə bilər və yaddaş və diqqətin cəmlənməsi problemlərinə səbəb ola bilər.

Hazır qidaların qəbulu

Mütəxəssislərin fikrincə, emal olunmuş və yüksək yağlı qidalar uzun müddətdə demensiya riskini artıra bilər. Buna görə də təbii, təzə qidalar seçmək vacibdir.

Az yatmaq.

Yuxu zamanı günün xatirələri sıralanır və beyin toksinlərdən təmizlənir. Zəif yuxu bu proseslərə mane olur. Yuxu cədvəlinə riayət etmək və yatmazdan əvvəl spirtli içki və ekran istifadəsini məhdudlaşdırmaq beyin sağlamlığı üçün çox vacibdir.

Fiziki fəaliyyətin olmaması

Mütəmadi məşq stressi azaldır və beyinə qan axınını artırmaqla zehni dayanıqlığı gücləndirir. Mütəxəssislərin fikrincə, bu vərdişlərdən qaçınmaq beyni cavan saxlamaqla yanaşı, həyat keyfiyyətini də yaxşılaşdırır.

Vasif ƏLİHÜSEYN