adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Avqust 2019 14:55
25980
ƏDƏBİYYAT

XOŞBƏXTLİYİNİ SUMQAYITDA TAPAN ADAM

- Seyfəddin müəllim öncə sizi70 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, uzun ömür arzulayırıq.Sizin ömür yolunuz Sumqayıtla bağlıdır, bu şəhərə gəlişinizi, Sumqayıt,sumqayıtlılar haqqında ilk təəssüratınızınecə xatırlayırsınız. Mümkünsə keçdiyiniz ömür yolu haqqında məlumat verəydiniz.

- Mənmuniyyətlə mən 1949-cu ilavqust ayının 19-da Naxçıvan MR. Ordubad rayonunun incisi sayılan Üstüplü kəndində anadan olmuşam. Burada səkkizillik məktəbi,Culfada orta məktəbi bitirib 1966-cı ildə Sumqayıta gəlmişəm. Üzvi Sintez zavodunda,Boru-yayma zavodunda işləmişəm. 1970-1972-ci illərdə Ukraynada hərbi xidmətdəolmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Boruyayma zavodunda əmək fəaliyyətinəbaşlamışam. İşləyə-işləyə Naxçıvan Pedaqoji İnstitunun filologiya fakültəsinibitirmişəm.

1977-ci ildə Boruyayma zavodunda zavod Komsomol komitəsindəmüavin-katib vəzifəsinə seçilmiş, 1982 – ci ilədək bu vəzifədə işləmişəm. Onuqeyd edim ki, Boruyayma zavodu Raykom hüquqlu zavod idi.

1987-ci ildə Sumqayıt şəhər XDS-nin işə düzəltmə bürosunda şöbəmüdirinin müavini işləmişəm.

1989-cu ildən Şəhər partiya Komitəsində təlimatçı və digər vəzifələrdəçalışmışam.

1993- cü ildən Sumqayıt şəhər İcra hakimiyyətində Ərazi İdarəetməOrqanları işi üzrə şöbənin müdiri, 1995-ci ildən şəhər icra Hakimiyyətibaşçısının müavini vəzifəsinə irəli çəkilmişəm.

2000-ci ilin iyul ayından sentyabr ayınadək Şəhər İcra Hakimiyyətbaşçısının köməkçisi işləmişəm. 22noyabr 2007 – ci ildən yenidən Şəhər İcra Hakimiyyəti ictimai təşkilatlar vəsiyasi partiyalarla iş şöbəsinə müdir təyin olunmuşam.

Azərbaycan Respublikası prezidenti cənab İlhm Əliyevin Sərəncamı ilə"Tərəqqi” medalı və 1-ci dərəcəli "Dövlət Qulluğunda fərqlənməyə görə” medalıilə təltif olunmuşam. Bundan əlavə komsomolun mərkəzi komitəsi tərəfindən iki dəfəfəxri diplomla təltif olunmuşam. Ailəliyəm üç övladım, altı nəvəm var. Hazırdatəqaüddəyəm .

- Sumqayıt gənclər şəhəridir –bu ifadə hamıya yaxşı tanışdır. Sumqayıtın ilk qurucuları – inşaatçılar,kimyaçılar metallurqlar bu şəhəri böyük həvəslə, inamla, sevgiylə yaradıblar.O, illərdə siz də şəhərin ən böyük müəssisəsində - Azərbaycan Boruyaymazavodunda gənclər təşkilatına rəhbərlik etmisiniz. O illər üçün heçdarıxırsınızmı?

- O illər artıq arxada qaldı, xatirəyə döndü. Keçəni qaytarmaq olmur.Bir mahnıda deyilir- Keçən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim.

Busizin suala tam dəqiqliyi ilə cavabdır.

Boruyayma zavodunda 4 mindən çox, gənc çalışırdı. Həyat qaynayırdı.Hamı qurub yaratmaq həvəsi ilə yaşayırdı. Tədbirlərimiz çox olurdu. Zavod sanki trampilin idi. Bizim zavodunpartiya komitəsinin katibi Ramazan Bədirov Qusar rayon partiya komitəsinə 1-cikatibi, Zavod komsomol komitəsinin katibi Seyfəddin Həsənov Xaçmaz rayonuna prokuror təyin olundu.

- Ulu öndər Heydər ƏliyevSumqayıtın inkişafı, insanların rifahının yüksəlməsi məsələlərinə həmişə xüsusidiqqət ayırırdı. 70-80-ci illərdə Sumqayıtın sürətli iqtisadi, sosial-mədəniinkişafı Heydər Əliyevin adı ilə sıx bağlıdır...

- Sumqayıt şəhəri ulu öndər Heydər Əliyevin və cənab prezident İlhamƏliyevin arzularının reallaşdığı şəhərdir. Heydər Əliyev ölkəmizə rəhbərliketdiyi dövrdə 16 dəfə Sumqayıtda olub. Sumqayıtda kimyanın, metallurgiyanın, inşaatın inkişafıonun adı ilə bağlıdır. Ulu öndər həmişə Sumqayıta diqqət və qayğı göstərib. Budiqqət və qayğını bu gün ölkə prezidenti cənab İlham Əliyev göstərir.

Respublika iqtisadiyyatında xüsusi çəkisi olan SumqayıtAzərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı,sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərini miqyasını davamlı olaraqgenişləndirir. Son illərdə olan inkişaf Sumqayıtın simasında aydın müşahidə olunur. Bu gün Sumqayıt ölkənin ənböyük şəhərlərindən biri olaraq Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyialtında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsasünvanlarından birinə çevrilib.

- Siz Sumqayıt şəhər İcraHakimiyyəti başçısının müavini işləmisiniz, hazırda təqaüddəsiniz. Mümkünsə birneçə kəlmə də Sumqayıtda son illər intensiv şəkildə aparılan quruculuq-abadlıq işlərindəndoğma şəhərin simasının tamamilə dəyişməsihaqqında danışardınız...

- Azərbaycanın əsas sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyindəhəm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu şəhərə də Prezident İlham Əliyev tərəfindəngöstərilən xüsusi diqqət və qayğıdır. İlham Əliyev 20 dəfədən çox Sumqayıtda olub. Hər dəfə Sumqayıta gəlişi bir neçə sosial obyektin açılışı ilə nəticələnib.

Fevral ayının 18-dəprezidentin Sumqayıtda olarkən demişdir: - əvvəllər Sumqayıtdakı mənzərə çoxacınacaqlı idi. İndi Sumqayıt çox gözəlləşib. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrinfəaliyyətinə son qoyulub. Yeni müəssisələr tikilib və bunlar ən yüksək ekolojistandartlara cavab verir. Minlərlə evin dam örtüyü dəyişib, yollar, liftlər, həyətlərtəmir olunub. Bu gün Sumqayıt göz oxşayır.

- Sumqayıtın yaşıdı olan Seyfəddinmüəllim öz həmyaşıdı Sumqayıta nə arzulayırdı?

- Mənim həyatım bütünlükdə Sumqayıta bağlıdır. Xoşbəxtliyimi buradatapan adamam. Sumqayıt elə-belə yaranmayıb. Onu yaradanlar olub. Bu gün dəSumqayıtı yaradanlar var. Mən səmimiyyətlə demək istəyirəm ki, Zakir FərəcovSumqayıta İcra Hakimiyyətinin başçısı təyin olunanda sumqayıtlılar uddu. İşibacarana tapşıranda hər şey yaxşı olur. Zakir Fərəcovun gördüyü işləri cənab Prezidentbəyənir, dəyərləndirir. Hər şeyi qoyuram qırağa. Bircə dəfə Sumqayıt bulvarına gəlmək oranı görmək kifayətdir. Cənabprezident Sumqayıt bulvarını möcüzə adlandırır. Əslində bu möcüzəni Zakir Fərəcovyaradıb. Özü üçün yox, sumqayıtlılar üçün xalq üçün. Yaradırlar qalır, gələcəknəsillər üçün. Bu gün Sumqayıt bayram-əhval ruhiyyəsi ilə yaşayır, gözəlləşir.Mən öz yaşıdım sumqayıtın bayramını təbrik edir, onun sakinlərinə uzun ömür,xoşbəxtlik arzulayıram.

Söhbəti yazdı: İbrahim Abdullayev